“Qarabağ"a yeni futbolçu transfer olunub

“Qarabağ"a yeni futbolçu transfer olunub

O, komandanı tərk edən haitili Donald Qeryenin yerinə transfer edilib

 

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” üçüncü transferini reallaşdırıb.

 

Klubdan AYNA-ya verilən məlumata görə, komanda Belçika doğumlu Faysal Rerrası heyətinə qatıb. 

 

Əslən Mərakeşdən olan sol cinah müdafiəçisi ilə iki illik müqavilə imzalanıb. O, komandanı tərk edən haitili Donald Qeryenin yerinə transfer edilib.

 

26 yaşlı müdafiəçi əvvəl Belçikanın “Vize”, “Sent-Trüyden”, “Mexelen”, eləcə də, Şotlandiyanın “Harts” və “Haybernian” klublarında çıxış edib. O, sonuncu dəfə Fransanın “Bezye” klubunda olub.

 

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı sol cinah müdafiəçisi Ailton Silva və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.

Müəllif: Təranə Xudabaxşiyeva      15 İyul 2019 18:47
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar