“Keşikçidağı Qarabağın gününə salmaq olmaz”

“Keşikçidağı Qarabağın gününə salmaq olmaz”

Azər Qasımlı: “Gürcü tərəfinə ciddi narahatçılığımızı çatdırmalıyıq və onlardan bu provokasiyaların qarşısını almağı tələb etməliyik”

 

“Azərbaycan hökuməti Keşikçidağda baş verən insidentlə bağlı vaxt itirmədən sərt mövqe ortaya qoymalıdır. Kənar qüvvələrin bu məsələdə əlinin olması ehtimalını nəzərə alaraq bu tipli provokasiyaların qarşısı alınmalıdır”.

 

AYNA xəbər verir ki, bu barədə şəxsi “Facebook” səhifəsində Respublikaçı Alternativ Partiyasının (ReAL) Məclis sədri Azər Qasımlı fikir paylaşıb. Onun fikrincə, ilk növbədə gürcü tərəfinə ciddi narahatçılığımızı çatdırmalıyıq və onlardan bu provokasiyaların qarşısını almağı tələb etməliyik.

“İkincisi, rəsmi şəkildə bildirilməlidir ki, bir daha belə hadisə baş versə, Azərbaycan əsgərinə atəş açmaq əmri verilib. Üçüncüsü, müvəqqəti olaraq gürcü kilsəsinə toplu şəkildə ziyarətə buraxılmaması ilə bağlı qərar verilməli və gürcü tərəfinə bildirilməlidir. Dördüncüsü, bu provokasiyada iştirak edən şəxslərin kimliyi araşdırmalı və onların ölkəyə buraxılması yasaqlanmalıdır”, - deyə Qasımlı yazıb.

 

Əlavə edib ki, indiyədək Azərbaycan hökumətinin məsələ ilə bağlı mövqe bildirməməsi təəsüf doğurur: “Vaxtilə Qarabağ da ləng və etinasız siyasətin qurbanı oldu. Milli təhlükəsizlik məsələsidir və bu məsələ həssaslıq qədər sərtlik tələb edir”.

Müəllif: Ayna.az      15 İyul 2019 15:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar