Baş Nazirdən növbəti şou - VİDEO

Baş Nazirdən növbəti şou -       VİDEO

İngiltərənin Baş Naziri rəqsi ilə yadda qalıb

 

“Brexit” sazişi layihəsi ilə bağlı narazılıqlardan sonra öz vəzifəsindən istefa verən İngiltərənin Baş Naziri Tereza Mey dünən qatıldığı bir tədbirdə, sanki rəqs şousu göstərib. 
İstefa verməsinə baxmayaraq, səlahiyyətlərinə yaxın günlərdə xitam veriləcək Mey məşhur isveçli qurup ABBA-nın konsertində iştirak edib. 

 

Yüksək səviyyəli şəxslərin qatıldığı "The Henley Festival" adlı konsertdə Meyin əhvalının olduqca yüksək olması diqqətdən yayınmayıb. 

İngiltere Başbakanı’ndan dans şov

İstefa verərkən göz yaşlarına boğulan Mey dünənki konsertdə olduqca şən əhval-ruhiyyədə olub. Həmçinin ifa edilən mahnıların sədaları altında sanki rəqs şousu göstərib. Meyin bu hərəkətləri ətrafdan böyük alqışlarla qarşılanıb. 

 
Qeyd edək ki, Tereza Mey ötən il Cənubi Afrikada məktəblilərlə rəqs etmişdi, həmçinin Mühafizəkar Partiyasının bir tədbirində robot rəqsi iə yadda qalmışdı.

 

Müəllif: Ayna.az      15 İyul 2019 13:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar