Zəminə Rüstəmova

Vilnüsda “Azərbaycanı tanı” adlı sərgi açılıb

Ötən gündən etibarən gənclər günü münasibəti ilə Litvanın paytaxtı Vilnüsdə “Azərbaycanı tanı” adlı fotosərgi açılıb. Sərbəst girişli və ictimaiyyətə tam açıq olan bu sərgidə Azərbaycanın gözəl məkanları, mədəniyyəti və adət-ənənələrini əks etdirən 40-dan çox foto nümayiş etdirilir.<> Şəhər sakinlərinin böyük marağına səbəb olan sərgi sabah başa çatacaq.  Azərbaycan Respublikasının…

Tam mətn

“Gəncləşən muğam-5” əvvəlkilərdən seçiləcək

“Gəncləşən Muğam-5” layihəsi davam edir. Layihənin rəhbəri xalq artisti Mənsum İbrahimov konsert haqda məlumat verib: < > “Bildiyiniz kimi bu layihə mənimlə birlikdə sənət dostlarım olan əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun işidir. Bu il Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 2 Fevral Gənclər Gününə həsr olunan  “Gəncliyin…

Tam mətn

Rəssam Adil Mirseyidə kömək olsun deyə…

Yanvarın 24-də şair-publisist, rəssam Adil Mirseyidin növbəti – ikinci fərdi sərgisi keçiriləcək. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi bu sənət tədbiri “satış-sərgi” janrında keçiriləcək və xeyriyyə xarakteri daşıyacaq.

Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun uzunmüddətli ciddi müalicə almasını zəruri edib və bu səbəbdən “satış-sərgi”dən əldə ediləcək vəsait onun tədbirdə iştirak edən ailə üzvlərinə təhvil veriləcək ki, sənətçinin müalicəsi prosesinə bir dəstək olsun.

İşadamları, millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının, KİV-in nümayəndələrinin qatılacağı “satış-sərgi”yə bütün maraqlananlar dəvətlidir.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva ümidvar olduğunu bildirib ki, sənətsevər ictimaiyyətimiz Adil Mirseyidin gözəl sənət əsərlərini seyr etməyə və onları ailələrinə, doğmalarına hədiyyə etmək üçün sərgiyə gələcək, öz dəstəklərini göstərəcəklər. Hər kəs dəvətlidir.

Sərgi Azərbaycan Rəssamlar İttifaqının Art  Qalereyasında keçiriləcək.

Tam mətn

Qarabağı görmədən Qarabag haqqında…

Tanınmış jurnalist, Park Bulvar AVM-in piar-meneceri Günay Malikqızı kitab yazıb. Nəşr  “Yadda çıxmaz Qarabağ” adlanır. Qeyd edək ki, bu onun ilk kitabıdır. Müəllif bildirib ki, nəşrdə kiçik yaşlarında doğma torpaqlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum edilmiş gənc nəsil Qarabağı görmdən Qarabağ haqqında bildiklərini dilə gətiriblər:

“Bu hekayələr kitab şəklində çap olunub. Kitab  Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və və inteqrasiyanın gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində nəşr olunub”.  

Məlmat üçün bildirək ki, yanvarın  17-də saat  12.00-da Park Bulvar AVM-də Tusi Bohm Planitariumda kitabın təqdimatı keçiriləcək.

 

 …

Tam mətn

İlkin Həsəni: “Özünü ağıllı göstərməyə çalışan aparıcılar, sadəcə, gülüş obyektinə çevrilirlər”

— Birinci kursda kinooperator təhsili aldım, sonra “Rejissorluq sənəti” fakültəsinə keçdim. Onda bizə foto dərsi də keçirdilər. O zaman foto ilə bağlı incə məqamları öyrənmişdim. Elə o vaxtdan fotoya marağım var. Sizə bir sirr açım. Fikrim var ki, yaxın aylarda 2000-2001-ci ildə fotolentlə çəkdiyim şəkilləridən ibarət sərgi təşkil edim….

Tam mətn