Vüqar Abbasov

Ən şirin meyvə — təhsilin meyvəsi

Aristotel: “Təhsilin kökü acı, meyvəsi şirin olur.” “Təhsilin meyvəsini ona sevgini verdiyin zaman dərə bilərsən” — dahilərdən biri də belə deyib. Əslində təhsilin vacibliyini sübut etməyə çalışmaq aksiomanı sübut etməyə çalışmaq qədər mənasız bir cəhd olar. Ona görə də mənasız bir işlə məşğul olmaq fikrində deyiləm. Açığını deyim ki, son vaxtlarda mətbuatı az izləyirəm. Səbəbi çox sadədir; yazılanların çoxu mənə qərəzli, yaxud da tərəfli gəlir.

Tam mətn

“Ayna”ya bükülü çörək

(Elçin Şıxlının “Qəzetə bükülmüş çörək” məqaləsinə cavab) “Ayna” mənim üçün doğma qəzetdir. Bu qəzet haqqında keçmiş zamanda yazmaq istəmirəm, çünki elə bu gün də doğmadır.  Uzun illər bu qəzetlə müxtəlif formalarda əməkdaşlıq etmiş, gah reklam, gah da müəllif kimi yazılar vermişəm. “Ayna”ya yazdığım son yazı “A bala, get o aynanı aç” olub ki, həmən yazının sonu belə idi:“Ancaq inanıram ki, Elçin İsmayıl oğlu Şıxlı bizim hamımızı, «Ayna»ya yazanları, onu sevənləri bu imtahandan çıxarmağı bacaracaq.

Tam mətn

A bala, get o AYNAnı aç

Niderland Uşaq vaxtı nənəmdən eşitdiyim bəzi sözlər mənə qəribə gəlirdi. Mənasını anlamırdım dediklərinin.

Tam mətn

Biz yatmışdıq

Niderlandın Almelo şəhərinin adı son bir neçə gündə bu ölkədə yaşayan Türk kökənli insanların əksəriyyəti tərəfindən ən çox hallanan şəhər adları sırasındadır. Səbəbi çox sadədir, bu şəhərdə olan erməni kilsəsinin həyətində erməni «genosid»inə abidə qoyulub. Azərbaycan və Türk təşkilatları cidd-cəhdlə çalışır, abidənin açılışını əngəlləməyə səy göstərirlər. Hərçənd ki,…

Tam mətn

Kral ölkəsində yaşamaq

Bu ilin aprel ayı niderlandlılar üçün hər zamankından bir qədər fərqlidir. Artıq neçə illərdir qeyd etdikləri bir bayramı, 30 aprel Kraliça Gününü qeyd etməyəcəklər. Ötən il tacı anası kraliça Beatriksdən (Beatrix) təhvil alan oğlu Aleksandrın (Willem Alexander) doğum günündə, 27 apreldə qeyd ediləcək bu bayram (27 aprel həftənin…

Tam mətn

Avropada Anadolunun ruhunu yaşatmaq… Bu məgər asandırmı?

Dünyanın bir çox ölkələrində, eləcədə Avropada çoxlu sayda Türk kökənli insan yaşayır. Fəqət  yaşadığın yerdə  öz mədəniiyyətini, tarixini və s. yaşatmaq heç də asan deyil.  Hər  adam bu işin  məsuliyyətini öz üzərinə götürə, götürəcəyi halda isə bu məsuliyyəti dərk edə   edə bilmir.  Veyis Güngör bu şərəfli işi öz üzərinə…

Tam mətn

Avropa Parlamentinə seçkilərdə Niderlanddan bir neçə Türk kökənli namizəd də var

Avropa Parlament (AP) seçimlərinə Niderlandda yaşayan bir neçə Türk kökənli namizədlərin də olması insanda gerçəkdən qürur hissi yaradır. Ancaq təbii ki, kimə səs verəcəyini müəyyən etmək üçün namizədləri daha yaxından tanımaq gərəkdir.  Bu məqsədlə Hollandiya Türk Federasiyası (HTF) özünün Rotterdam Şimal (Rotterdam Noord — Versam) şöbəsində sözü gedən namizədlərlə…

Tam mətn