Vahid Qazi

Rusiya sindromu və Yalama döyüşü

  »Yalama» sənədli povestini axır ki, mən də oxudum. İstiqlal savaşımızdan danışır. Şərəfli tarixi olaydan bəhs edir. Arif Əliyev 96 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin əti ürpəşir, fərəhdən ürəyi coşur, gözü yaşarır. Həm də qəlbi sızlayır… Arif bəyin tapıntısı bilirsən nəyə bənzəyir? Təsəvvür elə, uzun illər səni inandırıblar ki, anadangəlmə sağalmaz xəstəliyin var. Sən də ömrün boyu uğursuzluqlarının səbəbini bunda görmüsən.

Tam mətn

Etiraz hüququ

  Razılaşmamaq da bir haqqdır! Məni razılaşmağa vadar etməyə sənin ixtiyarın yoxdur! Ailədə böyüklüyün, icmada ağsaqqal-avtoritetin, sosial statusun, ictimai çəkin, dövləti vəzifən məni zorən sənlə razılaşdıra bilməz. Uzaqbaşı kompromisə gedərəm. Güc gələrsən, etiraz edərəm! Başqa toplumlarla işim yoxdu. Yaşadığım İsveçdə neçə ilin müşahidələrindən bu qənaətə gəldim ki, isveçli yuxarıda təxmini cızdığım bu həyat düsturuyla böyüyür, yaşayır. Mənsub olduğu cəmiyyət, dövlət bunu uşaqlıqdan ona aşılayır.

Tam mətn

Günəş kitablar

Dünən şəhər kitabxanasına getmişdim. Baltik dənizindən küləyin gətirdiyi qara-qura buludların bozartdığı yağışlı havada getməyə kitabxanadan yaxşı yer gəlmirdi ağlıma, həm də çoxdandı dəymirdim. Çöldə çətirin suyun çırpıb, guya kitabları isladacaqmış kimi ustufca girdim kitabxanaya. İsti, işıqlı bir yer. Bizim dildə dörd kitab var burda, dördü də mənim yazdıqlarımdı. Eləsi var, iki-üç ildi rəfdədi, qatı da açılmayıb. İyirmi-otuz il keçə bir səhifəsini də çevirən olmaz yəqin. Elə-belə, bizdən də kitab olsun deyə, vermişəm kitabxanaya.

Tam mətn