Rauf Mirqədirov

1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “Azadlıq” qəzetinin yaradılmasında iştirak edib. Müxtəlif vaxtlarda “Ayna-Zerkalo” qəzetlərinin müxbiri, şöbə müdüri, baş redaktor müavini, siyasi şərhçisi, Türkiyə təmsilçisi olub. “Şərq” informasiya agentliyində, “Monitor” jurnalında, “Millət” qəzetində çalışıb. “Bu gün” qəzetinin baş redaktorunun müavini, “Demokratik Azərbaycan” qəzetinin redaktoru olub. “Humay”, Zərdabi, “Media açarı” mükafatlarının, Herd Buserius adına “Şərqi Avropada söz azadlığı uğrunda” beynəlxalq mükafatının laureatıdır. Azərbaycanın əməkdar jurnalistidir. 2014-cü ilin aprelində Dövlətə xəyanət ittihamı ilə həbs edilib. 23 ay həbsdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

Toya da, yasa da qadağa

Ankara Bu günlərdə Mediaforum saytından xəbər aldım ki, İsa Qəmbərin oğlunun toyu baş tutdu. Çox sevindim. Özü də bir deyil, birdən-birə iki səbəbdən sevindim. Əvvəla, İsa Qəmbəri ürəkdən təbrik və gənclərə isə xoşbəxtlik arzu edirəm. Tanrı hamımıza bu cür xoş günlər nəsib etsin. İkincisi, bu toyun baş tutmasını texniki…

Tam mətn

Almaniyanı da «abıra salacağıq»

Ankara «Hacı Kərimin Aya səyahəti» tamaşasında ölməz komik aktyorumuz Bəşir Səfəroğlunun yaratdığı Hacı Kərim obrazı orta və yaşlı nəsil nümayəndələrinin çoxunun, yəqin ki, yadındadır. Ay yolçuluğuna çıxmağa hazırlaşan Hacı Kərim ömür-gün yoldaşını özü ilə aparmaq istəmir. Səbəbi də odur ki, qadınları Aya buraxmırlar. Çünki aydakıların hamısı «lüt-madərzatdır». Ona görə…

Tam mətn

Qəflət yuxusundan oyanış

Deyirlər ki, cəmiyyətdə ictimai-siyasi proseslər spiralvari cərəyan edir. Başqa sözlə desək, mahiyyətcə heç bir yeni proses baş vermir. Bütün hallarda nə vaxtsa baş vermiş hadisə və proseslərin daha yüksək səviyyədə, daha təkmilləşdirilmiş təkrarının şahidi oluruq. Əgər söhbət ictimai-siyasi hadisələrin elmi-texniki təminatından gedirsə, razılaşmaq olar. Kobud bir misal….

Tam mətn

Din, millət və dövlət

Söhbət Azərbaycan Respublikasının Prezidentindən deyil, Milli Məclisin deputatından gedir. Ancaq bu amilin o qədər də önəmi yoxdur. Yadımda deyil, bu lətifəyəbənzər hadisəni hansısa kitabda oxumuşam, yoxsa atam hələ uşaq olarkən din və millət anlayışları arasındaki fərqi anlatmaq üçün danışıb. Bir onu bilirəm ki, bu, doğrudan…

Tam mətn

Narazısan?

Azərbaycanda tanınmış demirəm, hər bir adi, sıravi insanın vicdanını ağrıdacaq, onu bütün gecəni yatmağa qoymayacaq külli miqdarda biabırçı hadisə baş verir. Özü də demək olar ki, hər gün… Agentliklərin informasiya toplusundan siyasətlə heç bir əlaqəsi olmayan və demək olar ki, təsadüfən seçdiyim bir xəbəri misal kimi gətirmək istəyirəm. Yanvarın…

Tam mətn

Azərbaycanı sevənlərə mədhiyyə

Beynəlxalq təşkilatlar Azərbaycanı ona görə tənqid edirlər ki, onu sevmirlər. Əkrəm Əylislini müdafiə edənlər bunu Azərbaycana ləkə yaxmaq cəhdi olaraq edirlər. Bu fikirləri ANS kanalının efirində məşhur detektiv müəllifi Çingiz Abdullayev bildirib. Dəlil kimi o, 2012-ci il aprelin sonlarında İranda iki azərbaycanlı şair — Fərid Hüseyn və Şəhriyar Hüseynzadənin…

Tam mətn

İlk «qulaqkəsən prezidentimiz» ola bilər

Dövlət deməyə dilim gəlmir. Çünki dövlət dediyimiz şeyi prezident və ya parlament respublikası, monarxiya, totalitar və ya teokratik əsaslarda qurulmasından asılı olmayaraq, xarakterizə edən ümumi cəhət var. Dövlət deyilən şey xarakterinə uyğun olaraq qanunlarla idarə edilir. Bu qanunların ədalətli və ya ədalətsiz, demokratik və ya qeyri-demokratik olması məsələnin tam…

Tam mətn