Rauf Mirqədirov

1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “Azadlıq” qəzetinin yaradılmasında iştirak edib. Müxtəlif vaxtlarda “Ayna-Zerkalo” qəzetlərinin müxbiri, şöbə müdüri, baş redaktor müavini, siyasi şərhçisi, Türkiyə təmsilçisi olub. “Şərq” informasiya agentliyində, “Monitor” jurnalında, “Millət” qəzetində çalışıb. “Bu gün” qəzetinin baş redaktorunun müavini, “Demokratik Azərbaycan” qəzetinin redaktoru olub. “Humay”, Zərdabi, “Media açarı” mükafatlarının, Herd Buserius adına “Şərqi Avropada söz azadlığı uğrunda” beynəlxalq mükafatının laureatıdır. Azərbaycanın əməkdar jurnalistidir. 2014-cü ilin aprelində Dövlətə xəyanət ittihamı ilə həbs edilib. 23 ay həbsdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

İlk «qulaqkəsən prezidentimiz» ola bilər

Dövlət deməyə dilim gəlmir. Çünki dövlət dediyimiz şeyi prezident və ya parlament respublikası, monarxiya, totalitar və ya teokratik əsaslarda qurulmasından asılı olmayaraq, xarakterizə edən ümumi cəhət var. Dövlət deyilən şey xarakterinə uyğun olaraq qanunlarla idarə edilir. Bu qanunların ədalətli və ya ədalətsiz, demokratik və ya qeyri-demokratik olması məsələnin tam…

Tam mətn