Rafiq İsmayılov

İDXAL EDİLMİŞ KURİKULUM

VƏ YA ŞÜURUMUZU NECƏ REFRESH EDƏK Tələbəlikdə diamatdan şüur və materiya haqqında dinlədiyim mühazirələr maraqlı gəlsə də, onları sxolastik sayırdım. Hansı ilkindir: şüur, yoxsa materiya, hansı vacibdir: forma, yoxsa məzmun – bütün bunlar sərxoş söhbətlərin baş ağrıdan paradokslarla dolu mövzularından başqa bir şey deyildi. Özümü fəxrlə materialist hesab edirdim. O mənada ki, gördüklərimi məntiqlə izah etməyə çalışırdım. Fərqinə varmırdım ki, məntiq də şüurdur, idrakdır. Axı kim deyə bilər ki, kosmik idrak məntiqsizlik, xaos, absurd deməkdir.

Tam mətn