Pərviz Cəbrayıl

Ədəbiyyatımızdakı erməni

Beş il əvvəl yeni romanımın qaralamasını oxuyan güneyli yazar dostumun sualı beynimi silkələdi: “Siz niyə bu ermənilərdən əl çəkmirsiz?” Yox, bu sual “ermənilərdən nə istəyirsiniz?” demək deyildi. Sadəcə, quzey Azərbaycan ədəbiyyatında, incəsənətində erməni obrazlarının, erməni mövzusunun varlığını gözdə tuturdu. Yəni niyə bizim yaradıcılığımız bu qədər erməni xəttiylə zəngindir… Sözün açığı, əvvəl-əvvəl özümü cinayət üstündə yaxalanmış adam kimi hiss elədim. O qədər vaxt keçib bu sualın verilməsindən, ancaq hələ də düşünürəm. Bu günsə sualı dostlarla bölüşmək istədim.

Tam mətn

Bu əbləh bizi hamıynan düşmən elədi…

Sənət camiasında tanınan dostlarımızdan biri Feysbukda təxminən belə bir status yazmışdı ki, bəs, bir neçə gün öncə filan yerdə, filan şöbədə işləyən məmurlardan biri işdən çıxdığı üçün masasını boşaldırmış. Siyirtməni açıb “screenshot” olunmuş statusların kağız variantını görüb və “direktorun” ünvanına bu sözləri işlədib:“Bu əbləh bizi hamıynan düşmən elədi”. Mən burada skrinşotun üstəlik kağıza çıxarılmasının cahillik, geridəqalmışlıq yanından danışmaq istəmirəm.

Tam mətn