Pərviz Cəbrayıl

ALLAH, HEÇMİ DADINA BAXMADIN BUNUN?..

İslam dünyasının, Şərqin geridə qalmasının əsas səbəblərindən biri sorğulama yasağının olmasıdı. Lap başdan başlasaq, Allahın sorğu-sual edilməsinin, ondan nəsə izah istənilməsinin (rəmzi mənada təbii ki), “filan şeyi niyə belə etdin” sualının yasaqlanmasıdı. Bu, islamdan əvvəl də olub islamı yaradan xalqlarda. Məhəmməd peyğəmbər özü Ərəbistanda çoxallahlılığı, bütləri sorğulamadımı? Sorğuladı. Nəticə nə oldu? Dağınıq ərəb tayfaları birləşib nəhəng imperiya yaratdılar. Bu, çağın öz siyasi inqilab formatı idi. Adı köhnə olan yeni allah, yeni din, yeni düzən yarandı.

Tam mətn

İnternetlə sevişənlərin faciəsi

Yeri gəldikcə sosial şəbəkələrin, rabitə əlavələrinin həyatımıza təsirindən yazmışam. Ancaq bu mövzu internetin özü kimi bitib-tükənən deyil. Bu gün gördüyüm bir sosial video-çarx içimi alt-üst elədi, təkan verdi, yenə yazıram. Çarxın süjeti belədi: Ana beş yaşlı qızının paltarlarını ütüləyir, telefonu da çiyniylə qulağına sıxıb, kiminləsə danışır. Uşaq gah anasına baxır, gah ruhdan düşüb başını nəyləsə qatmaq istəyir. Sonra nahar edirlər.

Tam mətn

QIZIL ORDU MƏNİ BELƏ QƏTLƏ YETİRDİ…

O, yenə Rusiyadan gəlirdi. Mən yenə onu qarşılamağa gedirdim. Bu dəfə onu aeroportun sərnişinlər gələn yerindən yox, gömrük terminalından qarşılayacaqdım… Heç cür inana bilmirdim, həmişə aeroportda uzaqdan baxıban gülümsəyə-gülümsəyə  əl eləyib mənə sarı gələn adam bu dəfə iri, çox iri qutuda, sink tabutda gəlirdi.

Tam mətn

MƏN NİYƏ BU ÖLKƏDƏN GETMƏDIM…

“Ola bilməz, nə danışırsan? Ciddi deyirsən? İlahi, min şükür, heç olmasa, nəvələrim bir gün görər…”, – dəhşətli ağırlıq çökmüş, yod qoxuyan alaqaranlıq otaqda 150 kiloluq nəhəng bədənindən bir kiçik qucaqlıq dəri və sümük qalmış, ətli-əzələli, az qala bir metr diametri olmuş qolunda iynə sancmağa yer tapılmayan, gözləri bəlkə Marian çökəkliyinin dibinə qədər enmiş, bir zamanlar dünyaya sığmayan, indi hardasa yorğanın altında itib-batmış atamın taqətsiz səsi güclə eşidildi.

Tam mətn

“BU “BƏY”, “XAN” HAMIMIZIN ANASINI AĞLADACAQ…”

Söz vermişəm, bacardıqca gündəmdən yazmayacağam. Çünki bu ölkədə gündəm dediyimiz şey 99 faizlə yalan, saxta, bəsit, qurama, soxuşdurma olur. İndi yazacağım mövzusa gündəm kimi görünsə də, deyil. Qısa yazacağım uzun söhbətdi. Ən azı 20 yaşlı bəladı, şüurlu prosesin növbəti görsənişidi… *** Ernest Heminquey son saatına kimi içdi. İçdi və çəkdi! Hətta yazanda da qədəh əlindən düşmədi. Ancaq serroz olmadı, qara ciyəri çürümədi… Ölüm gəlib çıxmadığına görə özü-özünü öldürdü! *** …Ayın 4-də bəd xəbər eşitdim.

Tam mətn

İşsizliyin dözülməz yüngüllüyü

İşsizliyin nə olduğunu bilməyən varmı? İşsizlik qlobal istiləşmənin sonuncu mərhələsi, buzlaşma dövrünün başlanqıcıdı bir insan üçün. Göy qübbəsindən qopur, Yer yerindən oynayır. Ailələr mehvərindən qopur, dağılır, nəhəng səma cisimlərinin tör-töküntüsü altında qalır. Övladların üzü getdikcə torpaq rənginə çalmağa başlayır, dayanmadan dolub-boşalan gözləri dörd açılır, bərəlir, o gözlərdə cavabsız və lal suallar şimşək kimi çaxır, səssiz ildırımların gurultusu dünyanı başına götürür. Adama elə gəlir ki, yalnız və yalnız dünyadan qaçmaqla canını qurtara bilər bu amansız təlatümün əlindən.

Tam mətn

İslam dünyasında ən çox satılan və alınan şey…

Ağzını açanları çarmıxa çəkdilər, tonqala atdılar, şaqqaladılar, dərisini soydular. Və XXI əsrdə belə bu qorxu diri qaldığına görə, demək ki, hələ təhlükə sovuşmayıb, qorxu candadı, qandadı, hələ canımızdan çıxmayıb, gözümüzün odu necə alınıbsa, o xofdan xilas ola bilmir və ağzımızı açmağa qorxuruq. Elə o xofu candan çıxarmaq üçün yazmağa məhkumsan.

Tam mətn