Mehparə Rəhimqızı

Qorxularımız

İnsan çox möhtəşəm məxluqdur, sevincləri, kədərləri, arzuları, gündəlik planları, işi, maşını, evi və daha nələri var. Maddi olanları təsdiq edən sənədləri də var. Var da, amma bəzilərinə bunlar mənasız gəlir, çünki bütün bu olanların bir qara qəpiyə dəymədiyini anladan, hərdən xatırladan  duyğu da var — qorxular. Amma bu qorxular  evsiz, işsiz, paltarsız qalmaq, ac və sərgərdan olmaq kimi qorxulardan deyil. Bu qorxular bambaşqadır. Bu haqda bir az sonra danışacam.

Tam mətn

Müdafiədə kimdir?

Düşünürəm ki, dilimizdə ən az işlənən sözlərdən biridir, bəlkə də birincisidir, müdafiə sözü. Bu sözə daha çox Müdafiə Nazirliyinin adında rast gəlirəm. Amma adı Müdafiə Nazirliyi olan bir nazirliyin nə işlə məşğul olduğunu belə, bilmirəm. Çünki bir dövlət olaraq, heç bir halda, düşmənlərdən müdafiə olunmuruq.

Tam mətn

Xeyir, yoxsa şər?

Səhər məktəbə gedirdim. Qarşı tərəfdə, sürücünün  yanında orta yaşlı bir kişi oturmuşdu. Maşın yola düşəndən bir qədər sonra sürücü ilə söhbətə başladı. Daha doğrusu o danışır, sürücü  də qulaq asır, hərdən də onun sözlərini təsdiq edirdi, yola diqqət etdiyindən çox az hallarda həmsöhbətinin sözlərinə cavab verirdi, amma adamın danışdıqlarının onun da ürəyindən olduğunu görürdüm. Söhbəti  istər-istəməz mən də eşidirdim.

Tam mətn

Səs

  »Dünya, bizi niyə eşitmirsən? Bizi incidirlər, əzirlər, öldürürlər». Elə istəyirdim ki, giley-güzarımı  dünyanın üstünə tökməkdə davam edim, dünyadan səs gəldi:”Sən məni eşidirsənmi? Dünya qanunlarla idarə olunur, sən qanunun nə olduğunu bilirsənmi?”. Düzü, çaşıb qaldım, söhbət hansı qanunlardan gedir?! Astadan dedim:”Mən dünyanın insanlarına səslənirdim, sən hansı dünyanın səsisən?”. Cavab gəldi:”Elə mən də dünyanın insanlarının səsiyəm, özü də qanunlarla yaşayan insanların. Hüququn, ədalətin keşikçisi olan insanların səsiyəm.

Tam mətn