Könül Şamilqızı

BİRLİK?

Azərbaycanın klassik müxalifəti uzun illərin siyasi təcrübəsiylə çox ağır və çox biabırçı bir vəziyyətdən çıxmağı bacardı. Biz jurnalistlər hər nə qədər tənqid etsək də və özünü yeni nəsil müxalifət kimi təqdim edən qüvvələr hər nə qədər istehzayla yanaşsa da, Azərbaycan müxalifəti ən ağır situasiyalardan çıxa bilmək…

Tam mətn

Pozucu və…

Ankara Ən son yazımda hakimiyyətin hər fürsətdə müxalifəti «ermənipərəst», «düşmən dəyirmanına su tökən» kimi sifətlərlə damğalama ənənəsindən yazmışdım. Əslində isə ənənə yalnız hakimiyyətə xas deyil. Bütün geri qalmış ölkələrdə və geri qalmış cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da kimin kimdən xoşu gəlmirsə, mütləq onu «filankəsin dəyirmanına su daşımaqda» ittiham…

Tam mətn

Vətənin sevməyən

Ankara Azərbaycan müxalifəti Tbilisidə vahid namizədinin ölkəyə gəlib-gəlməmək məsələsini müzakirə edərkən iqtidara yaxın media quruluşlarından biri toplantının hansısa erməniyə məxsus hoteldə keçirildiyini iddia etdi. Təbii ki, məqsəd aydın idi — rəqibini, onu tənqid edəni, sevməyəni «ermənipərəst» deyə damğalamaq bizim iqtidar texnoloqlarının qədim və sevimli ənənələri sırasındadı. Müxalifət mətbuatı…

Tam mətn

Yeznə, gəlim?

Ankara Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupu Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməmək qərarına gəlib. Bəzi seçki mütəxəssisləri avropalıların Azərbaycanda insan haqları sahəsindəki vəziyyətin dözülməz olması səbəbilə belə qərar qəbul etdiyini deyir. Azərbaycan hakimiyyəti isə qərarı ölkədə seçkilərin müşahidəsinə ehtiyac olmaması ilə izah edir. Azərbaycanın adını müşahidə…

Tam mətn

Xoş arzularda — «A» planı

Əslində vəziyyəti ən dəqiq şəkildə dəyərli bəstəkar və vicdanlı vətəndaş Elmir Mirzoyev dəyərləndirdi:»Hər hansı bir işi görürüksə, bu zaman B planından əvvəl A planının özü mövcud olmalıdır. Amma heç bir iş yalnızca A planı ilə qurulmaz, əks halda uğursuzluğa düçar ola bilər. Hazırda isə belə bir təəssürat…

Tam mətn

Misirdə inqilab prezidenti «yedi»

Ankara Yaxın Şərqin ən mühüm ölkələrindən birinə il yarım əvvəl gələn demokratiya ümidləri əsgər çəkmələrinin altında qaldı. Demokratiya, azad seçki məhfumları 30 illik diktatorluqdan sonra bir il əvvəl ilk prezidentini seçən Misir cəmiyyətinin boğazından keçmədi. Ordu xalqın seçdiyi hakimiyyəti devirdi, milyonlarla misirli Təhrir meydanında tankların qarşısında atılıb-düşərək Misirin kim…

Tam mətn

Müxalifətçilik

Ankara Azərbaycan müxalifəti «Kim olursan ol, gəl» deyərək keçmişində müxaliflik olanlarla sonradan müxalif olanlar da daxil, bir çox insanı bir çətir altına topladı. Gizli və açıq «satqınlıq» ittihamlarının, «xainlik» eyhamlarının müşayiətilə də olsa, Milli Şura təsis edildi. Nə strateji (Avroatlantik məkana inteqrasiya kimi), nə də taktik (prezidentliyə namizədlik kimi)…

Tam mətn