Kamran Mahmudov

JURNALİST… ELÇİ… SİLLƏVURAN…

Bu yaxınlarda hüquq şirkətinin rəhbəri olan dostum zəng vurmuşdu. Hal-əhvaldan sonra öyrəndim ki, sən demə zəng vurmağının səbəbi başqa imiş. Dostum məndən bu yaşıma qədər adını eşitmədiyim bir –iki xəbər saytının adını sordu. Məsələnin mahiyyətinə gəldikdə isə məlum oldu ki, həmin bu “göbələk kimi yağışdan sonra” ortaya çıxan saytların bir çoxunda dostumun partnyorluq etdiyi bir şirkət haqda eyni məzmunlu və hətta deyərdim eyni mətnli qarayaxma yazılıb.

Tam mətn

Müstəqilliyin dadı…

Bu yaxınlarda həmişə olduğu kimi xalqla bir yerdə şəhərdaxili marşrutların biri ilə evə qayıdanda şahidi olduğum maraqlı bir söhbəti sizinlə bölüşmək istəyirəm. “Baksovet” tərəfdə olan marşrutun başlanğıc nöqtəsində avtobus dolduqdan sonra sürücünün mühərriki gec işə salması ahıl bir kişinin narazılığına səbəb oldu. “Adə, sür də, nə qədər gözləməliyik?” iradı ilə başlayan söhbət çox-çox uzaqlara qədər gedib çıxdı. Dayanmadan gileylənən ağsaqqal bu dövrü ömrünün çox hissəsini yaşadığı sovet dövrü ilə müqayisə etməyə başladı.

Tam mətn