Kamran Mahmudov

2020-ci il qorxusu…

2018-ci ilə sayılı günlər qalıb. Hamı bayram əhval-ruhiyyəsində olsa da, günlər keçdikcə mənim canımı qara qorxular alır. Çünki 2018-ci il həm də bizi 2020-ci ilə yaxınlaşdırır. Yəqin indi qorxumun səbəbini anladınız. Baş nazirin müavini Əli Həsənov deyib ki, 2020-ci ildə Azərbaycanda bir nəfər də yoxsul qalmayacaq. Bilmirəm nə dərəcədə doğru müqayisədir, amma bu bəyanat prezident İlham Əliyevin prezidentliyinin ilk çağlarında verdiyi “Azərbaycanda bir nəfər də müxalifətçi qalmayacaq” bəyanatını xatırlatdı.

Tam mətn

Qayğıdan məhrum Azərbaycan vətəndaşı

Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı gözümə sataşdı. Söhbət yaralı yerimizdən getdiyi üçün marağıma səbəb oldu. Sərəncamı açıb oxuyanda isə məlum oldu ki, söhbət bizim pulumuzdan və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin vətəndaşlarından gedir.

Tam mətn

İnsan haqları gününə sözardı

İnsan haqları gününü geridə qoyduq. Bəzilərinin hər gün uğrunda mübarizə apardığı, bəzilərinin ildə bir dəfə yadına düşdüyü, bəzilərininsə tapdalamaq uğrunda mübarizə apardığı insan haqqı. İnsan doğuluşundan son anına qədər müxtəlif haqlara sahibdir. Yaşamaq hüququ, təhsil hüququ, özünü ifadə hüququ, toplaşmaq hüququ, etiraz hüququ, mülkiyyət hüququ və.s . Bəs bizdə insanın hansı hüquqları var? Yaşasaq da, normal yaşaya bilirikmi? Orta təhsil pulsuz olsa da, normal təhsil ala bilirikmi? Özümüzü istədiyimiz kimi ifadə edə bilirikmi? Tənqid edə bilirikmi?

Tam mətn

İntihar mesajları

İntihar yenə gündəm olub. Bir gündə bildiyimiz 2 intihar xəbəri. Altından xətt çəkərək bizim bildiyimiz yazıram. Bilmədiklərimiz də olubmu? Bunu dəqiq deyə bilmərəm. Biri qatı cinayətkar kimi tanınan, böyük qətllərin, günahların müəllifi Hacı Məmmədovun intiharı. Baxmayaraq ki, bunun intihar olmadığına inananlar da var. Yeri gəlmişkən, nə məsələdirsə böyük vəzifələr tutan və böyük cinayətlərə imza atan şəxslər ifşa olunduqdan sonra həbsxanada intihar edirlər. İlqar Əliyev bir, Hacı Məmmədov iki.

Tam mətn

“Allah babanın nağılı”

Axşamüstüdür. Divanda uzanıb başımı telefonla qatıram. Uşaqlar isə dar evdə gizlənpaç oynayırlar. Ya 4 yaşlı Mehmet yumur, bacısı gizlənir. Ya da bacısı yumur, Mehmet gizlənir. Mehmet kiçik olduğundan bütün dəlmə-deşiklərə rahat girib gizlənə bilir. Bəzən divanın küncündə, bəzən şifonerin içində gizlənir. Şifonerin içinə girəndə üst-üstə qalaqlanmış, zorla dolaba sığışdırılmış paltarlar yerə tökülür və dağılır. Mehmetin anası buna görə ona acıqlanır. Pərt olmuş uşaq gəlib sakitcə kresloda süst-məst oturur.

Tam mətn

Yaza bilmədiyim yazı

“Bu yazını yazım, yoxsa yazmayım?” – deyə xeyli vaxtdır götür-qoy edirəm. Hər ikisinin tutarlı səbəbləri var. Əvvəlcə “yazmayım” fikrinin səbəbləri barədə. Biz yazıları toplum üçün yazırıq. Amma bu mövzuda fikrim cəmiyyətin çoxluğunun mövqeyi ilə üst-üstə düşmədiyi üçün bir qədər çəkinirəm. Çünki cəmiyyətimiz yazmaq istədiyim və ya yazmağa çəkindiyim bu mövzuya nəinki birmənalı yanaşmır, hətta onları qəbul etmir. Elə bu yaxınlarda onların hüquqları barədə bir videoblog hazırlamışdım.

Tam mətn

Bəs bizi kim qoruyacaq?

Son vaxtlar əksəriyyət nümayəndəlik institutunun ləğvindən yazır. Vəkili də, hüquqşünası da, vətəndaş cəmiyyətinin üzvü də, jurnalisti də. Yenə də həmişə olduğu kimi sadə vətəndaşların az qisminin bu haqda nəsə yazdığının şahidi oluruq. Demək olar ki, yazmırlar. Çünki onlar üçün maraqlı deyil. Çünki onlar siyasətə qarışmırlar. Vəkillər və hüquqşünaslar bu məsələnin sonradan gətirəcəyi fəsadlara diqqət çəkirlər. Jurnalistlər daha çox statistik məlumatların üstündə dayanırlar. Vətəndaş cəmiyyətinin üzvləri isə bu presedentin vətəndaşlara verəcəyi “töhfələr”i önləməyə çalışırlar.

Tam mətn