Kamran Mahmudov

Gedənlərimiz

Bayram günlərində evdə çox oturğumuzdan hərdən istər-istəməz Azərbaycan televiziyalarını vərəqləyirdim. Bəzənsə həmin ərəfə televiziyaların xəbərlər vaxtına təsadüf edirdi. Televiziyaların səviyyəsindən və xəbərlərindən danışmayacam. Çünki bu barədə çox yazılıb, çox deyilib. Amma hardasa 3 gün əvvəl televiziyaların birində xəbərlər proqramında gedən bir xəbər diqqətimi çəkdi. Xəbər başlığı belə idi:“Son 3 ildə Ermənistanı 1 milyon adam tərk edib”. İlk reaksiyam belə oldu. Bundan mənə nə? Və ya bizə nə? Və ya niyə məhz Ermənistan?

Tam mətn

Narkoman yoxsa insan?

Radiolardan birində çalışdığım vaxtlarda həftədə bir dəfə “Deutche Welle”nin proqramlarını azərbaycancaya tərcümə edirdim. Yerli Fm dalğasında yayımlanan həmin yerli radioda həftədə bir dəfə həmin proqram azərbaycanca yayımlanırdı. Onu tərcümə etmək isə mənim öhdəliyimdə idi. Silsilə verilişlərdən biri Almaniyada uyuşdurucu asılılığı olanlara həsr olunmuşdu. Dövlətin onlara qayğısından danışılırdı.

Tam mətn

Xocalıya səmimiyyət

10 yaşım vardı. Uşaqlıqdan iflic xəstəsi olan bibim cavan yaşda haqqın rəhmətinə qovuşduğundan matəmdə idik. Rayonda bir adət var. Evində yas olan adam 40 gün televizorun üzərinə mələfə atar, özünü televizordan məhrum edərdi. 10 gün idi bizim də dünyadan xəbərimiz yox idi. Bir sözlə, başımız özümüzə qarışmışdı. Sonradan öyrənəcəkdik ki, heç televiziya həmin vaxt baş verənləri xalqa çatdırmayıb. Amma rayonda hamının uzaqdan-yaxından hər hansı formada cəbhədən məlumatı olurdu.

Tam mətn

Seçki təbliğatı və ya sığal axtaran başlar…

Aprelin 11-də növbədənkənar prezident seçkiləridir. Rəsmən təbliğat-təşviqat başlamayıb. Buna baxmayaraq artıq bir çoxları qollarını çirmələyib, əməlli-başlı işə girişiblər. Ard-arda bəyanatlar verilir. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, bütün jurnalistlər İlham Əliyevə dəstək verəcəklər. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirir ki, bütün qarabağlılar prezidenti dəstəkləyəcək. Deputat Hadı Rəcəbli deyir ki, bütün əlillər İlham Əliyevə səs verəcək. Ağsaqqallar Şurası, Azərbaycan alimləri, ziyalıları, aktyorları, aktrisaları, yazıçıları sanki eyni bəyanatla sıraya düzülüblər.

Tam mətn

13 yaşlı qızın faciəsi

Bu yaxınlarda Rusiya televiziyalarının birinin hazırladığı videoreportaja baxırdım. Videoreportaj rus “babulya”larının gənclərə dəstəyinə həsr olunmuşdu. Deməli, çox yaxın keçmişdə Rusiyada hərbi məktəblərin birində kursantlar dərsdən sonra yaşadıqları yataqxanada yarıçılpaq vəziyyətdə intim musiqi sədaları altında otaqlarını yığışdırarkən, paltar ütüləyər və yuyarkən, mətbəxdə iş görərkən intim rəqslər edərək bunu videorolik şəklində çəkib sosial şəbəkəyə yerləşdiriblər. Bundan sonra həmin video ölkənin ən məşhur şoularının mövzusuna çevrilir. Hamı gəncləri asıb-kəsir, tənqid edir, vətənpərvər olmamaqda günahlandırır.

Tam mətn

Azərbaycanda gənc olmaq…

Hər il Azərbaycanda fevralın 2-i Gənclər günü kimi qeyd edilir. Mən də bu barədə yazacam. Daha doğrusu gənclərin günündən. Adətən ilin bu gününü sosial şəbəkələrdə gənclərə ünvanlı təbriklər olur. Bu il isə sosial şəbəkələri gənclərə ünvanlı pessimist notlu mesajlar bəzəmişdi. Ən azından mənim gördüklərim bu qədər oldu. Gənclik insan ömrünün ən məhsuldar, ən gözəl, ən yaddaqalan, ən ümidli, ən mübariz çağıdır.

Tam mətn

Vicdanlı jurnalistlərin aqibəti

Nicatı itirdik. 39 yaşında. İndi bir çoxunuz soruşacaqsız ki, Nicat kimdir? Mənim kimi sadə jurnalist baba. Heç bir qruplaşma üzvü olmayan, kiminsə deyil, ancaq cəmiyyətin məqsədlərinə xidmət edən, haqqın-ədalətin tərəfində olan sadə bir jurnalist. Nicatla çox oxşar tərəflərimiz vardı. Dilimiz acı idi. Çünki qarşımızdakının kim olmasından asılı olmayaraq doğru bildiklərimizi deməyə çalışmışıq. Həqiqət isə həmişə acı olur. Kiminsə, nəyinsə yanında, hansısa qruplaşmanın tərkibində deyil, haqq bildiyimizin yanında olmuşuq. Tənqiddən çəkinməmişik.

Tam mətn