Hüseynbala Səlimov

ABŞ-LA TÜRKİYƏ ARASINDAKI SOYUQ KÜLƏKLƏR HARA İSTİQAMƏTLƏNİB?

ABŞ rəsmiləri “İncirlik” hərbi bazası ətrafındakı söz-söhbəti tamam inkar etsələr də məsələ ətrafındakı müzakirələr davam etməkdə və yeni ehtimallar meydana çıxmaqdadır – hələ də bir çoxları iddia edir ki, hərbi baza ya bağlanacaq, ya da onun fəaliyyəti məhdudlaşdırılacaqdır. Bu cür ehtimalların davamlı olmasının bir əsas səbəbi də budur ki, Ankaranın öz geosiyasi orientasiyasını dəyişəcəyi, hətta NATO-nu tərk edəcəyilə bağlı proqnozlar əvvəllər də dəfələrlə səslənib. Bu mövzuda xüsusən rusiyalı siyasətçilər və politoloqlar çıxış etməyi daha çox sevir.

Tam mətn

MƏNİM … AFRİKA YUXULARIM…

Bir necə həftə bundan əvvəlin söhbətidir. Şəhərdə bir tanışıma rast gəldim. Hal-əhvaldan sonra soruşdu ki, neyləyirsən, nə oxuyursan, nə yazırsan?.. Dedim ki, Nəcib Məhfuzun bir romanını oxuyuram. Amma yalan demişdim. Axı deyə bilməzdim ki, həmin roman iki aydan çoxdur ki, stolun üstündə açıq qalıb! Deyə bilməzdim ki, artıq mən də əksər yazarlarımız kimi oxumaqdan çox yazmaqla məşğulam, hətta siyasi yazıları, siyasət haqdakı kitabları oxumağa ancaq macal tapıram… Heç dostumu da bunlar maraqlandırmırdı.

Tam mətn

ALTERNATİV ASİYA VƏ YA BİZİ ASİYADA GÖZLƏYİRLƏRMİ?..

“Mao Çini ayağa qaldırdı, Den onu varlı etdi, Si isə Çinə güc verdi”.

Tam mətn

AFRİNDƏN BAŞLANAN, AMMA AFRİNDƏ BİTMƏYƏCƏK MÜCADİLƏ…

Doğrusu, bizim ünlü sosioloqların azərbaycanlıların daha çox hansı ölkələrlə bağlı xəbərləri izlədiklərini araşdırıb-araşdırmadıqları şəxsən mənə bəlli deyil. Böyük ehtimalla bu, onların heç ağlına da gəlməyib, çünki ictimai elmlərlə bağlı olanlarımızın elmlə deyil, dissertasiya yazmaqla, ən yaxşı halda isə təbliğatla, necə deyərlər, ölkəmizlə bağlı həqiqətlərin dünya əhlinə çatdırılması ilə məşğul olduğu hamıya məlumdur. Amma adi və qeyri-adi insanlarımızla söhbətlərdən yəqin edirik ki, millətimizi Azərbaycandan savayı maraqlandıran ölkələrdən ön sırada gedəni Türkiyədir. Burada Türkiyə prezidenti R.T.

Tam mətn

KOLLEKTİV PATOLOGİYALI CƏMİYYƏTLƏR…

Bəndəniz elə də psixologiya bilicisi deyil. Ziqmund Freydin iki cildliyi, Karl Qustav Yunqun bir əsəri – oxuduğum əsasən bunlardır, təbii ki, sosial və siyasi psixologiyayla bağlı nisbətən kiçik həcmli daha bir neçə əsəri çıxmaq şərtilə. Həmin əsərlərdə diqqətimizi çəkənsə kollektiv patologiyalar, böyük sosial qrupların, hətta cəmiyyətlərin davranışında müşahidə olunan bəzi psixi məqamlar olub. Sözsüz, Freydin individlərə tətbiqən yazdıqlarının Yunq tərəfindən bütöv cəmiyyətlərə şamil edilməsi bəzən mübahisələrə də səbəb olur.

Tam mətn

SAATLARIMIZI MOSKVA VAXTI İLƏ TUTUŞDURAQMI?..

Bəli, şimal qonşumuzun — Rusiyanın siyasi təhlilçilərinin xeyli qəribəlikləri var. Biri də budur ki, bu adamlar konkret ədədlərlə, ciddi analizlərlə ölkələrinin iqtisadi və siyasi tərəflərini araşdırır və onun dramatik durumda olduğunu göstərirlər, amma axırda da qayıdırlar ki, bəs, Putindən başqası yoxdur… Bu yaxınlarda oxuduğumuz bir təhlildə də eyni bir ruh duyulurdu. Amma mənim diqqətimi başqa detal çəkdi. Müəllif Rusiyanın və bir neçə ölkənin 2016-cı il üçün ÜDM-larını tutuşdururdu.

Tam mətn

ƏGƏR HAMI BACARDIĞINI ETSƏYDİ…

Çoxu “Saakaşvili ssenarisi”nin artıq bitdiyini düşünür. Xüsusən də dekabrın son günlərində vəd etdiyi möhtəşəm etiraz aksiyasını təşkil edə bilməyəndən sonra belələrinin sayı bir az da artdı. Üstəlik, bundan lap əvvəl də “Tarix təkrar olunur, amma komediya şəklində!” deyənlər də az deyildi. Amma bir-iki həftə öncə Kiyev məhkəməsinin Saakaşvililə bağlı çıxardığı qərar yenidən bu adamı gündəmə gətirdi; belə ki, Gürcüstanın eks-prezidentnə axşam və gecə saatlarında bəlli ünvanı icazəsiz tərk etmək yasaq olundu.

Tam mətn