Hüseynbala Səlimov

HAMINI MURADINA ÇATDIRAN 20 YANVAR…

Yadıma bir əcnəbi tarixçinin və jurnalistin maraqlı fikri düşür. O yazırdı ki, tarixçilə jurnalist arasındakı fərq sadəcə, interval fərqidir — əgər tarixçilər daha böyük zaman intervallarını götürürlərsə, jurnalistlər bunu kiçik intervallarda edirlər, amma obyekt eynidir – tarixdir… Bunu niyə xatırladım?

Tam mətn

TƏBRİZ NİYƏ QALXMADI?..

Böyük sosial təlatümlər — qiyam və inqilablar böyük nəğmələrini də yaradıblar. Uzağa niyə gedək, “Marselyeza” da, hətta “İnternasional” da beləcə yaranıb. İranda dekabrın lap son günlərində başlayan və yanvarın ilk günlərinədək seyrək şəkildə davam edən etiraz aklsiyalarını hansı musiqinin müşayiət etdiyini, etirazçıları hansı melodiyaların ruhlandırdığını bilmirik.

Tam mətn

BÖYÜDÜKCƏ KİÇİLƏN PUTİN…

Yenicə başladığımız ilin daha hansı siyasi hadisələrlə yaddaşlarda qalacağını indidən təxmin etmək asan olmasa da ən azı bir məsələdə mübahisəli məqamlar yoxdur: bu il, sözün əsl mənasında, “seçki paradı” olmağı vəd edir. Birdən–birə dörd postsovet ölkəsində — Rusiya, Ukrayna, Azərbaycan və Ermənistanda prezident seçkiləri gözlənir. Amma nə qədər təəccüblü olsa da, bu dörd ölkədə baş tutacaq prezident seçkisi adi və yaxud da orta statistik bir demokratik ölkədəki seçki qədər suallar doğurmur, məchulluqlar və qeyri-müəyyənliklər vəd etmir.

Tam mətn

KİMİN GÜNAHI YOXDURSA…

Bəzən yazılarda konkret ad çəkməməyə görə qınayırlar məni. Etiraf edim, bunun ən əvvəl subyektiv səbəbləri var, xüsusilə diqqət çəkməyi sevmirəm. Birini bir az tərifləyəcəksən, digərinin xoşuna gəlməyəcək və yaxud çaşıb kimin haqqındasa ehtiyatsız söz yazacaqsan, müxtəlif adlarla azı on cavab yazacaq — indi gəl, sən də bunların hamısına cavab ver… O ki qaldı obyektiv səbəblərə, bunlar daha çox tənqidi, irad xarakterli yazılarla bağlıdır.

Tam mətn