Hüseynbala Səlimov

İKİ-ÜÇ DƏQİQƏLİK SÖHBƏT VƏ YA R.TALIŞİNSKİ HAQDA BİR-İKİ KƏLMƏ…

Əlbəttə ki, hamı kimi mən də onu çox yaxşı taınıyırdım. Heç ola bilərdimi ki, az qala, otuz il siyasi jurnalistika ilə məşğul olasan, hətta bir ara siyasətçilik eşqinə də düşəsən, ən başlıcası isə, Azərbaycanda yaşayasan, amma ölkənin ən ciddi və maraqlı qəzetlərindən birinin redaktorunu –Rauf Talışinskini tanımayasan. Şübhəsiz, bu mümkün deyildi. Amma nə qədər qəribə olsa da, mənim onunla cəmi bircə dəfə söhbətim olmuşdu.

Tam mətn

BƏDAHƏTƏN ŞEİR DEYƏN XALQIN QONŞULUĞUNDA NƏLƏR BAŞ VERİR?..

Bir az gülünclük kimi görünə bilsə də, vəziyyət hər halda belədir: ermənilər mitinq edir, daxili demokratiyalarını genişləndirməyə, özləri üçün ürəkləri istəyən hökuməti qurmağa çalışır, biz isə bu proseslərin regional geosiyasi arxitektura, ələlxüsus da, Dağlıq Qarabağ problemi baxımından mümkün nəticələrini araşdırmağa çalışırıq. Amma düz edirik və düz yoldayıq, ən azı ona görə ki, heç nə etməməkdən və bütün günü çalıb- çağırıb, oynamaqdansa, necə xörək bişirmək və necə xəstəliklərdən qorunmaq haqda məsləhətləri dinləməkdənsə bunun özü də böyük işdir.

Tam mətn

MƏGƏR BİZ ALPİNİSTİK?..

MƏGƏR BİZ ALPİNİSTİK?.. Hətta medianın inkişafı baxımından götürəndə üçüncü on illikdir ki, müstəqil Azərbaycanın heç də bütün dövrləri eynigüclü olmayıb — burada da enişlər-yoxuşlar, irəliləmələr və geriləmələr olub. Hətta 1993-cü ildən bu tərəfi götürsək belə, yenə də biristiqamətli tendensiyadan danışmaq olmur, baxmayaraq ki, bu, eyni bir partiyanın hakimiyyəti illəridir. Fəqət, məcbur olursan ki, hətta bu dövrü də iki hissəyə ayırasan. Birinci dövr 1993-2003-cü illəri əhatə edir.

Tam mətn

SEHRLİ “KİMYƏVİ SİLAH” İTTİHAMI — FİNİTA LA COMMEDİA…

Bu günlərdə mənə elə gəldi ki, şəxsən mənim də az qala, otuz il axtardığım böyük həyat həqiqətini, bəlkə də ictimai kredonu xanəndə Teymur əmi bir verilişdə iki-üç cümlə ilə ifadə etdi. Dedi ki:“Həyatda üç şeyə qarışmıram. Birincisi, Allahın işlərinə qarışmıram. İkincisi, qadınların işlərinə qarışmıram. Üçüncüsü, siyasətə qarışmıram”… Təbii ki, mən bunları dilxoşluğu, ağır ruhlu yazıya yüngül giriş vermək üçün deyirəm. Amma digər tərəfdən də niyə də yox? Məgər Teymur əmi düz demirmi?

Tam mətn

BİZİ 37-də TUTDULAR…

“Azərbaycan televiziyalarına baxmıram” deyənlərə əməlli-başlı qibtə edirəm. Amma özümlə bacarmıram. Özü də bu, təkcə adi bir jurnalist marağından, ölkədə baş verən hadisələrin kursunda olmaq istəyindən irəli gəlmir, hərçənd ki, cəmi siyasi yazarlar kimi mən də ən azı rəsmi xronikanı bilməliyəm. Fəqət, məni telekanallarımıza baxmağa vadar edən əsas səbəb odur ki, mən də Azərbaycanda yaşayıram, azərbaycanlıyam və buradan başqa yerə köçmək fikrim də yoxdur, ona görə də Azərbaycanla bağlı hər şey mənə maraqlıdır.

Tam mətn

SƏTİRALTI REALLIQLAR ÖLKƏSİ…

Bəzən adi bir fikri çatdırmaq üçün də lap uzaqlardan başlamaq lazım gəlir. Səbrsiz oxucu isə bunu sevmir, ilk iki-üç cümləni oxuyub yazını qapayır. Amma düşünürük ki, oxucu da bəzi reallıqları nəzərə almalıdır – “ictimai jurnalistika”dakı çılpaqlığı ənənəvi jurnalistikada axtarmaq və sonuncunu da “ictimai jurnalistika” səmtinə yönəltmək lazım deyil -bunu nəinki mövcud siyasi-ictimai reallıqlar, hətta sənət kimi jurnalistikanın özü də qəbul etmir.

Tam mətn

DİKTATORLARIN İZLƏRİ HARA APARIR?..

Bayram günlərinin ən maraqlı hadisələrindən biri heç sözsüz ki, Fransada eks-prezident N.Sarkozinin saxlanılması oldu — ona devrilmiş və öldürülmüş Liviya prezidenti M.Qəzzafidən vaxtilə öz seçki kampaniyasına dəstək kimi maliyyə yardımı almaq ittihamı irəli sürülüb. Əslində bu, yeni ittiham deyil. Onu birinci dəfə Liviyada vəziyyət qarışarkən Qəzzafinin özü və oğulları dilə gətirmişdi. Sonradan Liviya diktatoru devrildi və qətlə yetirildi. Bir az sonra isə xəbər tutduq ki, bəs Fransada müvafiq orqanlar da artıq bununla maraqlanmağa başlayıblar.

Tam mətn