Hüseynbala Səlimov

GECƏLƏR NƏ QƏDƏR QARANLIQ OLURSA…

Günəşli zülmətlərin ayrı məşəqqəti var. Baxırsan, ilk baxışda hər yan işıqdır, Gün adamı təndir kimi yandırır, qaçmağa, başını soxmağa yer axtarırsan, amma eyni zamanda bütün bunlar bir boğucu zülmət təsiri də bağışlayır sənə. Bəlkə də ən elementar fizika qanunları ilə bir ziddiyyət təşkil edəcək bu, amma hər isti olan hələ İŞIQLI demək deyil.

Tam mətn

AVROPA BİZƏ NƏ VAXTDAN MİNNƏTÇİ DÜŞÜB?..

Hər hansı məsələnin əvvəlcə gərək pozitiv tərəflərindən yazasan ki, onun neqativlərini də gündəmə gətirməyə bir mənəvi haqqın olsun. Bu baxımdan yanaşanda TANAP layihəsi də istisna deyil, amma nə yaxşı ki, digər böyük layihələr kimi onun da pozitivlərindən çox yazmışıq və burada əlavə edək ki, layihənin açılışı təkcə dövlətlərə deyil, hətta onun liderlərinə, xüsusən də parlament və prezident seçkiləri ərəfəsində olan R.T.Ərdoğana heç şübhəsiz ki, müəyyən siyasi dividendlər gətirəcək.

Tam mətn

ƏRDOĞAN HAKİMİYYƏTDƏ QALACAQMI?..

Əlbəttə ki, ölkədəki siyasi vəziyyət növbədənkənar seçkilər üçün əlverirşli olmasaydı və Ərdoğan da özünün və partiyasının şanslarını yüksək dəyərləndirməsəydi, seçkilərə getməzdi, çünki növbədənkənar seçki təklifi başqa bir siyasi cinahdan deyil, məhz onun öz müttəfiqindən gəldi ki, bunu da hamı irəlicədən razılaşdırılmış bir qərar kimi qəbul etdi.

Tam mətn

QAFQAZDA DAHA BİR İNQİLAB MÜMKÜNMÜ?..

Bizim konspirologiya həvəskarları üçün adətən fantaziya sarıdan problem olmur. Hansısa ölkədə bir hadisə baş verən kimi bunun arxasında gizli sövdələşmə və ya planlar görür və dərhal da bu zəmində ssenarilərini qururlar. Ermənistandakı son proseslərin ardınca bu yaxınlarda Gürcüstanda da həyəcanlanmaların başlanması bu adamların təxəyyülünü bir az da qanadlandırdı. “Hamısı bir mərkəzdən idarə olunur”,- deyib məsələyə möhürlərini vurdular. Biz konspiroloq deyilik, o səbəbdən bu dəfə də tələsmədik.

Tam mətn

NÖVBƏTİ DAYANACAQ VƏ YA İÇİNİ YEYƏN ADAMLAR…

Onsuz da yazmadığımız və yaxud da ki, hər hansı səbəbdən yaza bilmədiyimiz hər yazı acı qəhərə dönərək boğazımızda tıxanıb qalır: nə uda bilirik, nə də ki, geri qaytara… Getdikcə seyrəkləşən və seyrəkləşdikcə də daha tələbkar, həm də daha incik olan oxucu kütləmiz isə “Niyə yazmırsınız?” sözlərini ilk fürsətdə sillə kimi üzümüzə çırpmaqdan sanki həzz alır. Həqiqətən də çox maraqlıdır. Niyə yazmırıq? Səbəbi birdirmi, ya ikidirmi? Çöl-bayırda bu sualdan qaçmağın ən asan yolu “Əşi, həvəsim yoxdur.

Tam mətn

İKİ-ÜÇ DƏQİQƏLİK SÖHBƏT VƏ YA R.TALIŞİNSKİ HAQDA BİR-İKİ KƏLMƏ…

Əlbəttə ki, hamı kimi mən də onu çox yaxşı taınıyırdım. Heç ola bilərdimi ki, az qala, otuz il siyasi jurnalistika ilə məşğul olasan, hətta bir ara siyasətçilik eşqinə də düşəsən, ən başlıcası isə, Azərbaycanda yaşayasan, amma ölkənin ən ciddi və maraqlı qəzetlərindən birinin redaktorunu –Rauf Talışinskini tanımayasan. Şübhəsiz, bu mümkün deyildi. Amma nə qədər qəribə olsa da, mənim onunla cəmi bircə dəfə söhbətim olmuşdu.

Tam mətn

BƏDAHƏTƏN ŞEİR DEYƏN XALQIN QONŞULUĞUNDA NƏLƏR BAŞ VERİR?..

Bir az gülünclük kimi görünə bilsə də, vəziyyət hər halda belədir: ermənilər mitinq edir, daxili demokratiyalarını genişləndirməyə, özləri üçün ürəkləri istəyən hökuməti qurmağa çalışır, biz isə bu proseslərin regional geosiyasi arxitektura, ələlxüsus da, Dağlıq Qarabağ problemi baxımından mümkün nəticələrini araşdırmağa çalışırıq. Amma düz edirik və düz yoldayıq, ən azı ona görə ki, heç nə etməməkdən və bütün günü çalıb- çağırıb, oynamaqdansa, necə xörək bişirmək və necə xəstəliklərdən qorunmaq haqda məsləhətləri dinləməkdənsə bunun özü də böyük işdir.

Tam mətn