Fərrux Şıxlı

Zibillənmiş efir

Bu yaxınlaradək elə bilirdim ki, tarixdən, coğrafiyadan, ordan-burdan bir az məlumatım var. Amma necə də yanılırmışam!

Tam mətn

我們生活在巴庫 Bura Azərbaycanın paytaxtıdır!

İndi deyəcəksiniz ki, başlıqda yazılanı başa düşmədik. Guya şəhərdə gəzəndə sağda-solda, divarda-pəncərədə yazılanları başa düşürsünüz. Heç lazım da deyil. Əsas əcnəbilər (vaxtilə seyrə balonlarla çıxanları deyirəm. Amma öz aramızdı, indi avtomobil minmək nədir, özümüz səmaya balon buraxırıq) başa düşsün. Onlar özlərini evdəki kimi hiss etməlidirlər, biz birtəhər başımızı girləyərik….

Tam mətn

Zamanda itənlər

Keçən əsrin 70-ci illəri. Belarus. Meşədən üz-gözünü tük basmış, yarıvəhşi bir insan çıxır. Yol ilə gedən yaşlı bir qadına yaxınlaşaraq: «Ay, nənə, kənddə almanlar var? — deyə soruşur. Arvad naməlum məxluqa təəccüblə baxaraq:»A bala, alman nə gəzir, müharibə 25 ildir qurtarıb!» — söyləyir. Meşə sakini dilxor-dilxor: «Əşşi, deyin də,…

Tam mətn

Uçur göylərə

Uşaqlıq illərimdə (bəri başdan qeyd edim ki, bu, sovet dövrünə, ölkəyə hələ çənəsi əsib, ağzı marçıllamayan, xalqımızın böyük dostu L.İ.Brejnevin rəhbərlik etdiyi vaxta təsadüf edir) hər il dekabrın 31-də, Yeni il bayramı ərəfəsində televiziya ilə «Morozko» (filmin orijinal adı belə idi, Azərbaycan dilinə dublyaj olunub-olunmadığı, düzü, yadımda deyil) filmi…

Tam mətn

Van Qoqun qulağı

Yəqin ki, XIX əsrdə yaşamış məşhur Niderland rəssamı Vinsent Van Qoqun kəsik qulağı ilə çəkdiyi avtoportretini hamı xatırlayır (amma sözün düzü indiki dövrdə bəlkə çoxları onun heç adını da eşitməyib). Nə isə, bu başqa bir mövzudur. Bir əsrdən çox idi ki, bütün dünya Van Qoqun tutmasının tutaraq məhz özü…

Tam mətn