Elçin Şıxlı

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

«Bağça şlanqı»

Ölkə istirahətdə olanda onun yaxın və uzaq ətrafında bir çox maraqlı hadisələr baş verib. Onları Novruz sürprizləri də adlandırmaq olardı, amma bu bayramın əslində baş verənlərlə bir elə əlaqəsi yoxdur. Hərçənd, PKK lideri Ocalanın müraciətini oxuyanlar Novruzdan bir fürsət kimi yararlandılar. O boyda adamı başqa vaxt bir yerə toplamaq…

Tam mətn

Quzğun

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu martın 10-da Fəvvarələr meydanındakı əsgər ölümlərinə qarşı keçirilən icazəsiz aksiya zamanı jurnalistlərin bəzilərinin peşə fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyini bildirir. Qeyd etmək lazımdır ki, həmin qrupa Daxili İşlər Nazirliyi əməkdaşları da daxil imiş. MŞ və DİN mütəxəssislərindən ibarət bu qrupun bildirdiyinə görə, jurnalistlər, təbii…

Tam mətn

Son yarpaq

Bu günlərdə Rusiyada dəbdə olan yazıçı Boris Akuninin «Financial Times» qəzetinə verdiyi müsahibəylə tanış oldum. Diqqətimi onun söylədiyi bir fikir çəkdi. Deyir, bəxtim gətirib ki, SSRİ-də anadan olub da, hal-hazırda Rusiyada yaşayıram. Yoxsa sakit və rahat ölkədə doğulan adamlar kimi 90 yaş yaşayıb necə insan olduğunu bilməyə bilərsən, çünki…

Tam mətn

Yarpaq tökümü

Ötən ilin noyabrından etibarən Rusiya Dövlət Dumasını istefalar dalğası bürüyüb. Yeni çağırış Duma heç ili çıxmamışdı ki, zay çıxdı. Özü də deputat mandatını itirənlər müxtəlif siyasi yönümlü qüvvələrin təmsilçiləridir — kommunistlərdən tutmuş ədalətli rusiyalılar qarışıq ta iqtidarda olan Vahid rusiyalılaradək. Məsələn, kommunist Oleq Şirşov, eser Oleq Mixeyev, «spravoros» (Ədalətli…

Tam mətn

«Zəngvari qövs»

«The Bell Curve» dilimizə «zəngvari qövs» kimi tərcümə edilə bilər. Bu, 1994-cü ildə ABŞ-da işıq üzü görmüş kitabın adıdır. Müəllifləri amerikalı professorlar — psixoloq Riçard Hernstayn və politoloq Çarlz Marridir. Deyilənə görə, kitab sırf elmi əsər mahiyyəti daşıyır. Kitab bütün elmiliyinə rəğmən vaxtilə çox böyük diqqət cəlb etməklə yanaşı,…

Tam mətn

Ayrılan yollar

Gülər Əhmədovanın həbsi məntiqəuyğun olduğu qədər də, gözlənilməz alındı. Keçən il sentyabrın 25-dən közərən alov, deyəsən, yandırmağa başlayır. Elşad Abdullayevin Kventin Tarantinosayağı sürrealist süjetlərini izləyən cəmiyyət bunun nə ilə nəticələnəcəyini səbirsizliklə gözləsə də, həmin tamaşanın istəmədikləri halda baş qəhrəmanlarına çevrilmiş simaları son zamanadək özlərini nə qədər tox tutsalar da,…

Tam mətn

Hörmətli oxucu!

«Ayna»nın qəribə taleyi var. 1990-cı ildən bəri, hələ qəzetlərə ad axtaranda, əvvəlcə rus versiyasının «Zerkalo» olacağını qərarlaşdırdıq. «Zerkalo»nun azərbaycancasının necə olacağı isə düyünə düşdü. İlk baxışda sadə bir işdi, tərcümə et, vəssalam. Amma «güzgü» nəsə adamın nə dilinə, nə də qulağına yatırdı. Bir sözlə, xeyli götür-qoydan sonra, nəhayət,…

Tam mətn