Aytən Məmmədova

Xəstəyə dərman aparmırıq…

Bütün yazı xəstəni xilas etmək üçün vuruşduq. Xərçəng hər gün onu ölümə bir az da yaxınlaşdırırdı. Əldən düşmüşdü, amma ümidini də üzmürdü. Həkimlər bir dərman dedi, Bakının bütün apteklərini ələk-vələk etdik, tapmadıq. Tapacağına söz verənlər də böyük qiymət deyirdi: bir həbi 50 manata təklif edirdilər. İkihəftəlik müalicə prosesinə 1400 manat xərc tələb olunurdu. Adam çox sarsılır. Sanki hamı xəstənin yaxınlarına pul kisəsi kimi yanaşır. Dostlar ölkədən kənarda xeyli ucuz tapdı. Qalırdı dərmanın gəlib xəstəyə çatması.

Tam mətn

Qadın ətri və rüşvət qoxusu…

Bir anlıq təsəvvür edin: masa arxasında əyləşib ailəlikcə yemək yeyir və bilirsiniz ki, sizin də, elə uşağın da ağzındakı hər tikə başqa bir balanın boğazından kəsilib, boşqabınıza qoyulub… Bu mənzərəni yaşamadan, sadəcə, göz önünə gətirəndə belə, adamın boğazı kilidlənir, dili-dodağı quruyur. Amma hər gün bunu yaşayan minlərlə qadın var, ana var.

Tam mətn

Azadlıq oğurluğuna iki manatlıq şəriklik…

Hardasa, bir ilin söhbətidir, ilahiyyatçı Taleh Bağırzadə ilə birlikdə hakim qarşısına çıxarılanlardan biri dövlət hesabına təyin olunmuş vəkilin üzünə tüpürüb, onu zaldan qovmuşdu. “Belə vəkil olar?! Bu adam “banditizm”dəkilərə qoşulub məni döyürdü”, – müdafiəçiyə qarşı aqressiyasının səbəbini belə izah eləmişdi… Hökumətin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və  İnzibati Prosessual məcəllələrə planlaşdırdığı dəyişikliklər haqda oxuyanda bu hadisə yadıma düşdü. Ali Məhkəmə parlamentə dəyişiklik layihəsi göndərib.

Tam mətn