Aytən Məmmədova

Xatirələrin plana düşməsi

İsveçdə oteldə işləyən bir qadınla söhbətləşmişdim. Bakı rusuydu. SSRİ dağılandan sonra Azərbaycanı tərk eləmişdi. Gedib İsveçdə həyata sıfırdan başlamışdı. Bakını necə sevirdi, İlahi! Çoxlu suallar verirdi, sanki məndən şəhərin qoxusunu alırdı… Qadın danışırdı ki, tez-tez yuxusunda Bakını görür. Hava limanında təyyarədən düşür, evlərinə tərəf gedir. Gedir, gedir, amma bir yerdə davam etdirə bilmir. Çünki şəhərin həmin yerində yuxusu yarımçıq qalır. Dəfələrlə eyni yuxunu görüb, hər dəfə də məhz orada xatirələr pərən-pərən düşüb.

Tam mətn

Ləyaqətsizliyin ortağı

Ləyaqətsizliyi o eləmişdi, daha çox ailəsini söyürdülər. Şəkillərdə həyat yoldaşı çox məsum görünürdü. Bir az xoşbəxt ailə görüntüsü yaratmaq istəyi vardı, bir az da “hər şey əladır” mesajı. Amma onu dayanmadan söyürdülər. Ərindən daha çox söyürdülər… Bizdə özünəməxsus təhqir ənənəsi var. Həyat yoldaşını söyməyi yox, yeddi arxa dönənin yada salınmasını görmüşük. Nə qədər oğullar atalarına görə hesab verməli oldu. Yaxşıdır, pisdir, bunu müzakirə etmək üçün yazmırıq. Hər halda, insan özünə cavabdeh olmalıdır.

Tam mətn

Kitablı görünmək istəyirik, kitablı olmaq yox…

  Hər həftə London metrosunda 150 kitabı bilərəkdən unudurlar. Unudurlar ki, kimsə tapıb oxusun. Altı ildir bu aksiya davam eləyir. Bir müddət əvvəl aksiyaya məşhur aktrisa Emma Uotson da qoşulub, metroda 100 kitab “unudub”. Sonra yerlərini təxmini deyib, adamlar stansiyaları qarış-qarış gəzib kitabları tapmağa çalışıb… Adam təkcə bu haqda yazanda qəlbi fərəhlə dolur. Cəmiyyətə nə boyda mesaj! Aktrisa hər kitab üçün ayrıca açıqca da hazırlayıb.

Tam mətn

Pilləkəndəki prezident

Keçən ilin oktyabrında sosial şəbəkələrdə Finlandiya prezidenti Sauli Niinistönün maraqlı şəkli çox paylaşılırdı. Şimali Avropa ölkəsinin rəhbərinə tədbirlərdən birində zalda yer çatmamışdı, o da pilləkənlərdə əyləşmişdi. Əlbəttə, bu hal bizi xeyli təəccübləndirmişdi, cənab Niinistöyə də böyük rəğbət yaratmışdı. Sonradan öyrəndik ki, Finlandiya prezidenti həyat yoldaşının çıxışını izləmək üçün kitab yarmarkasına gəlib, amma gec gəlib, pilləkəndə əyləşməli olub. Biz xeyli təəccübləndik, amma yarmarkaya gələnlər lap elə təəccüblü görünmürdülər.

Tam mətn

75 mindən baha olan cəsarət…

Noyabrın əvvəllərində “Mançester Yunayted” futbol klubunun serb yarımmüdafiəçisi Nemanya Matiç “Bornmut”la oyunda komandanın geyimindən imtina eləyəndə hamını təəccübləndirmişdi. Matiç NATO missiyasında iştirak eləmiş britaniyalı əsgərlərin şərəfinə futbol köynəyinə taxılmış laləyə görə belə davranmışdı, səbəbini də gizlətməmişdi:“Siz mənim ölkəmi bombalamısınız…” Matiç dünənin, srağagünün futbolçusu deyil, neçə illərdir Avropa klublarında forma geyinir. “Çelsi”də, “Benfika”da oynayıb, üstəlik, Serbiya milli komandasında müxtəlif beynəlxalq yarışlarda 50-yə qədər oyun keçirib.

Tam mətn

1000 manatlıq qatillər

Reyhan Məmmədovanın rəngbərəng dünyasını bir məsuliyyətiz sürücü darmadağın etdi. Keçən ilin yayında 22 yaşlı qız avtomobil zərbəsindən yerindəcə keçinmişdi. Təsəvvür eləyin, sürücü Zığ şossesində onu elə piyada keçidinin üzərində vurmuşdu. Reyhanın anası yana-yana eyni sözləri təkrar edirdi: “Axı mənim qızım yolu düz keçmək istəmişdi…” Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olmuş Reyhan Məmmədovadan danışıram. Onun həyatına son qoyan isə 55 yaşlı Əlifağa Məmmədov idi. Məhkəmədə danışanda çox peşman olduğunu dedi.

Tam mətn

Arı da kasıbı sancır…

Yəqin ki, Ron Vudruf adı sizə heç nə demir. ABŞ-ın Texas ştatında doğulan elektrik ustası, “Dallaslı Alıcılar Klubu”nun yaradıcısı… Ron 35 yaşına qədər sıradan həyat keçirmişdi. QİÇS-ə yoluxmaq hər şeyi dəyişdi. Xəstəxanada ona dedilər ki, uzağı bir ay yaşayar. Vudruf razılaşmadı. Vuruşdu. Təkcə həyatda qalmaq üçün yox, həm də səhiyyə sisteminə qarşı. QİÇS xəstələrinin qadağan olunmuş lazımi preparatlardan istifadəsi üçün vuruşdu. Polis, məhkəmə qarşısında dayandı, amma təslim olmadı. Vudruf deyirdi:“Mən onsuz da əvvəl-axır öləcəm.

Tam mətn