Admin_ayna

Hüceyrə — insan.

Deyirlər bizim kainata oxşar milyardlarla kainatlar var. Və hər kainatda Yer kimi milyardlarla ulduz fırlanır. Və bizim Yerdə milyardlarla insan yaşayır. Və deyirlər ki, insan milyardlarla hüceyrədən ibarətdir. Mən hesab edirəm ki, insandakı hüceyrələrin  sayı Yerdə yaşayan insanların sayı qədərdir. Və ya kainatdakı  “Yer “lərin sayı, kainatların sayı qədərdir… Uzun sözün qısası- hər şey fraktallardan ibarətdir. Fraktallar — özündən dəfələrlə kiçik özünəbənzərlər deməkdir.

Tam mətn

Türkiyədə seçki bitdi

 Seçki öncəsi ab-hava necəydisə, indi də eynidi, dəyişməyib. Bir sözlə, proses davam edir. Kılıçdaroğlunu sevməyənlərin sayı artır Ankarada kafe-restoranlarda, küçələrdə seçki barədə söz-söhbətlər səngimir. Təbii ki, əsas konu Muharrem İnce adı ətrafındadı. İnce niyə uduzdu? Seçki günü nədən media önünə çıxmadı? Nə üçün etiraz etmədi? Susqunluğu nədən idi? Bu suallar Ankara sokaklarında dolaşır. Seçki gününün axşamı CHP-də vəziyyət ürəkaçan deyildi. Səsvermə bitən kimi, səslər hesablayan andan adamlar qərargaha axışmaya başladı. Öncə hər şey çox sakit gedirdi.

Tam mətn

Türkiyədə seçkidir

https://www.youtube.com/watch?time_continue=4&v=U9AVScRi2k424 iyun Türkiyədə prezident və parlament seçkiləridi. Paytaxt Ankarada ab-hava yüksəkdi. Yol boyu seçkilərə qatılan partiyalar kirayələdiyi mikroavtobuslarda səsgücləndiriciylə mitinqə çağırışlar edirlər. Namizədlərin plakatları, seçki musiqiləri küçə-küçə, məhəllə-məhəllə hər yeri bəzəyib. AKP-nin plakatları, təbliğatı daha güclüdür. İqtidarda olan AK partiyanın plakatları Ankarada daha çox gözə dəyir. Ən gözəgəlimli yerlərdə, binaların künclərində böyük ölçülərdə Rəcəb Tayyib Ərdoğanın şəkilləri vurulub. Bir neçə yüz metrdən bir avtobuslarda, avtomobillərdə AK partinin şüarları, bayraqları və namizədlərin fotoları vurulub.

Tam mətn

«Telefonnaya» küçəsi

Bu dəfə Bakının köhnə küçələrindən, xüsusən də indiki 28 May küçəsinin tarixindən danışmışıq.

Tam mətn