Seymur Kazımov

2018-ci ildə Qarabağ münaqişəsi niyə həll olunmayacaq?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sonuncu görüşü əvvəlkilərdən fərqlənmədi. Oturdular, söhbət etdilər. Nə danışdılar, konkret nəyi müzakirə etdilər, kim nə dedi, o birisi hansı cavabı qaytardı… yenə də bu barədə nəyisə bilmədik. Doğrusu, cəmiyyətdə də bu məsələ müzakirə olunmadı. Çoxdandır müzakirə olunmur. 23 ildir ki, münaqişənin həlli “ölü nöqtə”dən tərpənmir. Belə görünür ki, 2018-ci ildə də eyni aqibətlə üzləşəcəyik. Çünki, 2018-ci ildə Ermənistanda prezident seçkisidir.

Tam mətn

Əfqanın, bizim və onların gözləntiləri

2017-ci ilin son saatlarında sözün bütün mənalarında yıxıldıq. Dostumuz, həmkarımız Əfqan Muxtarlının bacısı, onun övladı və qardaşının övladı Zaqatalada dəm qazından boğularaq haqqın rəhmətinə qovuşdular. 2017-ci il, bəlkə də bu günədək yaşadığı illərin ən acılısı kimi Əfqanın ürəyinə və yaddaşına həkk olundu. Biz də bu acıdan nəsibimizi aldıq — Əfqanın dostları olaraq. Çünki, hamımız ilahi ədalətin təcəlli edəcəyi günü gözləyərkən, fələyin dəmir yumruğu düz təpəmizə endi.

Tam mətn

OLMAZ!

Azərbaycanda çoxlu sayda balaca padşah var. Onların əsas işi yuxarı dairələrin qoyduğu qadağanı aşağı dairələrə çatdırmaqdır. Bu “padşahların” da özünəməxsus söz bazaları var. Bunlardan ən zəhmlisi “olmaz”dır. Jurnalistlər tez-tez bu kimi tiplərlə üzləşir, sıravi insanlar da üzləşir, amma qələm adamlarının işi daha çətindir. Hansısa inzibati binaya daxil olursan, “olmaz!”. Kiminsə şəklinə baxırsan, “olmaz!”.

Tam mətn

Bazar lövhələri

Görünür ki, həmvətənlərimizin əksəriyyətini Azərbaycanda baş verənlərdən daha çox dünyada baş verən proseslər maraqlandırır, hətta cəlb edir. Söhbət politoloq, jurnalist, məmur, uzun sözün qısası, “dünyanın yükünü çəkməyə hazır olanlardan”, bir az da poetik ifadə etsək, “cəmiyyətin balından, qaymağından” getmir. Orta statistik həmvətənlərimizin maraq dairəsi ilə bağlı bir bazar günü ərzində gördüyüm və müşahidə etdiklərimini paylaşmaq istəyirəm. Yazının sərlövhəsinin “Evləri köndələn yar” tamaşasındakı “bazarkom Nadir” obrazı ilə əlaqəsi yoxdur.

Tam mətn

Bitməyən köçün tarixçəsi

Azərbaycanda məcburi köçkünlər üçün bu günədək 100-ə yaxın qəsəbə salınıb. Daha əvvəllər vaqona oxşayan “fin evlərində”, ondan da əvvəl “çadır şəhərciklərində” məskunlaşıblar. Əsl vaqonlarda məskunlaşanlar da az olmayıb. Bu qırmızı vaqonların bir hissəsi Tərtərin dörd yol deyilən ərazisində hələ də qalır. Uzun müddətdir orada insan yaşamasa da, onlara aid əşyalara indi də rast gəlinir. Yəqin ki, dünyada “analoqu olmayan” bir dövlətin bir vətəndaşının həyatına 4-5 dəfə evini dəyişmək qisməti yalnız bizə məxsusdur.

Tam mətn

Küləyə sovrulan pullar

Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb və demək olar ki, artıq işə başlayıb. Bir neçə gün öncə Nazirlər Kabineti fondun ştat cədvəlini təsdiqlədi. Belə ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ayda 1150 manat əmək haqqı alacaq. Onun və digər 14 nəfərin əmək haqqı dövlət büdcəsindən qarşılanacaq. Fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Nizamnaməyə görə Mənəvi Dəyərlərin Təbliği Fondu dini, mənəvi dəyərlərin təbliği, dini radikalizmə qarşı layihələri maliyyələşdirəcək.

Tam mətn

Güllə, mərmi altında yaşayan uşaqlar: “itirilmiş nəsil”

Sosial şəbəkədə bir foto gördüm. Vaxtilə Türkiyədə çalışmış icra məmuru idi.  Deyir ki, “evə daxil olduq, ev əşyalarını müsadirə etməliydik, növbə televizora çatdı. Evdəki balaca uşaq cizgi filminə baxırdı…. qeyri-ixtiyari baxışlarımız toqquşdu. Həmin gün vəzifəmdən istefa verdim.” Ötən ilin aprel hadisələri gərək ki, yadınızdadır. 20 ildən artıq davam edən Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar ən aktiv fazaya keçmişdi. Jurnalist kimi həmin günləri cəbhəyanı kəndlərdə gərgin işləmişdim.

Tam mətn