Seymur Kazımov

Ədalət tələbimiz niyə eşidilmir?

Sovetlərdən qalmış yarımçıq bina. Qışda soyuqdan donursan, yayda istidən ölürsən, pilləkənlərin sürahisi olmadığından nə qədər uşaq və böyük arakəsmələrə düşüb, yaralanıb. Onların çimdikləri hamamı görmüsünüzmü? İsti suyu necə əldə edirlər? Qaz varmı? Evin içində (ev demək mümkünsə) necə yaşayırlar; suyu qablara doldurub otağın bir küncündən yığırlar, gündəlik ehtiyaclarını qarşılamaq üçün tədarük görürlər. Axşam düşəndə 5-6 nəfərin hamısı həmin bir otaqda yatır. Səhər tualeti üçün yaranmış növbəni də təsəvvürünüzə gətirin.

Tam mətn

Zəmanə qulları

İlin əvvəlində Filippin əsillli Amerika jurnalisti Aleks Tizonun “Mənim ailəmin köləsi” adlı məqaləsini oxudum. Məqalə 56 il ona və ailəsinə təmənnasız köləlik etmiş Lola adlı bir xanım haqqında idi. Tizon ötən ilin martında dünyasını dəyişib. ABŞ-ın məşhur jurnalistlərindən olub, Pulitzer mükafatını qazanıb. Məqalədə Lola haqqında hər şey var… onun tənhalığı, iztirabları, ömrünün sonlarına yaxın hətta sevinci və həyəcanı.

Tam mətn

Unutmadığım müsahibim

2008-ci ilin mayında məqalə yazmaq üçün Pankisi dərəsində olarkən çeçen qaçqınları ilə görüşmüşdüm. Onlardan birinin adı Zarema idi, 24 yaşı vardı, 5 uşaq anası idi. Mənimlə danışanda qucağındakı balaca oğlan uşağı dayanmadan ağlayır, ora-bura vurnuxurdu. Bu uşağı ağladan iki səbəb vardı; o həm ağır xəstə idi, həm də ac idi. Ananın da, atanın da ümidi hər yerdən kəsilmişdi. Onlara söz vermişdilər ki, övladlarını ya Niderland Krallığında, ya da Kanadada müalicə etdirəcəklər. Valideynlər həm də işsiz idilər.

Tam mətn

2018-ci ildə Qarabağ münaqişəsi niyə həll olunmayacaq?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sonuncu görüşü əvvəlkilərdən fərqlənmədi. Oturdular, söhbət etdilər. Nə danışdılar, konkret nəyi müzakirə etdilər, kim nə dedi, o birisi hansı cavabı qaytardı… yenə də bu barədə nəyisə bilmədik. Doğrusu, cəmiyyətdə də bu məsələ müzakirə olunmadı. Çoxdandır müzakirə olunmur. 23 ildir ki, münaqişənin həlli “ölü nöqtə”dən tərpənmir. Belə görünür ki, 2018-ci ildə də eyni aqibətlə üzləşəcəyik. Çünki, 2018-ci ildə Ermənistanda prezident seçkisidir.

Tam mətn

Əfqanın, bizim və onların gözləntiləri

2017-ci ilin son saatlarında sözün bütün mənalarında yıxıldıq. Dostumuz, həmkarımız Əfqan Muxtarlının bacısı, onun övladı və qardaşının övladı Zaqatalada dəm qazından boğularaq haqqın rəhmətinə qovuşdular. 2017-ci il, bəlkə də bu günədək yaşadığı illərin ən acılısı kimi Əfqanın ürəyinə və yaddaşına həkk olundu. Biz də bu acıdan nəsibimizi aldıq — Əfqanın dostları olaraq. Çünki, hamımız ilahi ədalətin təcəlli edəcəyi günü gözləyərkən, fələyin dəmir yumruğu düz təpəmizə endi.

Tam mətn

OLMAZ!

Azərbaycanda çoxlu sayda balaca padşah var. Onların əsas işi yuxarı dairələrin qoyduğu qadağanı aşağı dairələrə çatdırmaqdır. Bu “padşahların” da özünəməxsus söz bazaları var. Bunlardan ən zəhmlisi “olmaz”dır. Jurnalistlər tez-tez bu kimi tiplərlə üzləşir, sıravi insanlar da üzləşir, amma qələm adamlarının işi daha çətindir. Hansısa inzibati binaya daxil olursan, “olmaz!”. Kiminsə şəklinə baxırsan, “olmaz!”.

Tam mətn

Bazar lövhələri

Görünür ki, həmvətənlərimizin əksəriyyətini Azərbaycanda baş verənlərdən daha çox dünyada baş verən proseslər maraqlandırır, hətta cəlb edir. Söhbət politoloq, jurnalist, məmur, uzun sözün qısası, “dünyanın yükünü çəkməyə hazır olanlardan”, bir az da poetik ifadə etsək, “cəmiyyətin balından, qaymağından” getmir. Orta statistik həmvətənlərimizin maraq dairəsi ilə bağlı bir bazar günü ərzində gördüyüm və müşahidə etdiklərimini paylaşmaq istəyirəm. Yazının sərlövhəsinin “Evləri köndələn yar” tamaşasındakı “bazarkom Nadir” obrazı ilə əlaqəsi yoxdur.

Tam mətn