Seymur Kazımov

Küləyə sovrulan pullar

Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb və demək olar ki, artıq işə başlayıb. Bir neçə gün öncə Nazirlər Kabineti fondun ştat cədvəlini təsdiqlədi. Belə ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ayda 1150 manat əmək haqqı alacaq. Onun və digər 14 nəfərin əmək haqqı dövlət büdcəsindən qarşılanacaq. Fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Nizamnaməyə görə Mənəvi Dəyərlərin Təbliği Fondu dini, mənəvi dəyərlərin təbliği, dini radikalizmə qarşı layihələri maliyyələşdirəcək.

Tam mətn

Güllə, mərmi altında yaşayan uşaqlar: “itirilmiş nəsil”

Sosial şəbəkədə bir foto gördüm. Vaxtilə Türkiyədə çalışmış icra məmuru idi.  Deyir ki, “evə daxil olduq, ev əşyalarını müsadirə etməliydik, növbə televizora çatdı. Evdəki balaca uşaq cizgi filminə baxırdı…. qeyri-ixtiyari baxışlarımız toqquşdu. Həmin gün vəzifəmdən istefa verdim.” Ötən ilin aprel hadisələri gərək ki, yadınızdadır. 20 ildən artıq davam edən Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar ən aktiv fazaya keçmişdi. Jurnalist kimi həmin günləri cəbhəyanı kəndlərdə gərgin işləmişdim.

Tam mətn

Pişiyin dərdi iti öldürər

ABŞ Dövlət Departamenti Azərbaycanda yaşayan vətəndaşlarına xəbərdarlıq edib ki, bu ölkədə xəstəxanaya müraciət etməyin, üstəlik aptekdən də dərman almayın. Doğrusu, dünyanın super dövlətinin məlum xəbərdarlığı nə təəccüb doğurmalıdır, nə də narahatlıq ifadə etməlidir. Azərbaycanda illərdir həkimlərin təhsilindən tutmuş, onların sosial statusu barədə həm yazılır, həm də danışılır. Həm də ona görə təəccüblənmədim ki, gözəlim məmləkətin vətəndaşlarının özlərini müalicə etdirmələri üçün Astara sərhəd-keçid məntəqəsində dar qəfəsin içərisində hansı zülmlər çəkdiyinin şahidi olmuşam.

Tam mətn

İnsanı yaşat ki, dövlət yaşasın

Bu günlərdə həbsdən yenicə çıxmış bir nəfərlə rastlaşdım. Sözləri məni bir az təəccübləndirdi. Dedi ki, “içəridə” olanda daha rahat və sakit idi. Öncədən deyim ki, həmin şəxsin adını yazmayacağam, narahatam ki, yenə həbs edərlər. Az-çox ictimai fəal şəxsdir. Onun çıxışında məni, bəlkə də yazının əvvəlini oxuyanları təəccübləndirəcək məqam var; insan niyə həbsdə olanda rahat olsun ki?! Azadlıq, sərbəstlik dünyanın ən gözəl nemətidir.

Tam mətn