İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Antiqırılqanlıq

İnsanı öldürən hər şey onu daha güclü qılır Nitşe   Hinduşkaya hər gün bol-bol dən verirlər. Buna alışan quşcuğaz da elə bilir ki, mərhəmətli insanların işi-gücü onu mütəmadi yemləməkdir. 11-ci ayın 4-cü cümə axşamı – Şükran günü ərəfəsində hinduşkanın başına qəfildən bir iş gələcək… Şamı söndürən külək ocağı yandırır. Təsadüf, qeyri-müəyyənlik və xaosla da belədir – onlardan qaçmaq yerinə faydalanmaq da olar, küləyə tamarzı qığılcım, küləyi arzulayan atəş kimi.

Tam mətn

Sevimli cinim A Bao A Ku

İstanbulun Beyazıt səmtindəki Sahaflar (bukinist) çarşısındakı dükanlardan birində görmüşdüm ilk dəfə o kitabı. Oturub o tilsimli kitabı saatlarca vərəqlədiyimi xatırlayıram. Kitab qış gecələri eşitdiyim nağıl qəhrəmanları ilə dolub-daşırdı. Hər mətnin, hər hekayənin yanında gözqamaşdırıcı illyustrasiyalar yer almışdı. Əlimdəki kitab Borxesin “Uydurulmuş Məxluqlar kitabı”  idi. Cinlər, əcinnələr, xəyalət və qulyabanilər məni səhifələrdən başqa dünyalara sürükləmişdilər. Xorxe Luis Borxes və Mariya Herrero kitabı 1954-də yazıblar. Nağıl və motivlərin çoxu dünya xalqlarının folklor, mif və ədəbiyyatından götürülüb.

Tam mətn

Vodka və Wodka

 Çörək sərvətimizdir, vodka isə hər şeyimiz   Epiqrafa çıxartdığım rus xalq deyimi ilə razılaşmamaq mümkün deyil. Dünyada ruslarla eyniləşmiş, onların tarixinə, siyasətinə, məişətinə, davranışına vodka qədər hopmuş başqa bir şey yoxdur. Vodka olmadan “russkaya duşa” deyilən o ecazkar dünyanın qapısını aralamaq olmur. Çünki, vodka rus insanının, Rus dünyasının açarıdır. Rus mədəniyyətinin ayrılmaz bir parçası olan vodka ruslarındırmı?  Dünya onu “rus içkisi” olaraq qəbul edirmi?..

Tam mətn

Mavi gözlü polyak qızı

Ən yaxşı düşmən qohumlardan çıxır   Ukraynanın qərbində doğulub 1929-da, 10 yaşında yetim qalıb. Müharibə başlayanda Polşanın Qdansk şəhərində sığınacaq tapıb. 4 sinif təhsili vardı  mavi gözlü polyak qızının. Gənc yaşından tərsanədə qaldırıcı kran maşinisti olaraq çalışmağa başlayır. 80-ci illərin ortalarında Polşada iqtısadi, arxasınca da siyasi vəziyyət kəskin pisləşir və o, Lex Valensa ilə əfsanəvi “Solidarnost” həmkarlar təşkilatını qurur. Təşkilat qısa bir zaman içində yüzminləri birləşdirərək kütləvi anti-kommunist hərəkatına çevrilir.

Tam mətn

Markoni, Şmaysser və Borxesin Cənnəti

  “Heç bir şey insan qədər yüksələ və onun qədər alçala bilməz”                                                                 Hölderlin   Yusif  ildırım sürətilə oxuyur, kitab çatdırmaq mümkün deyil ona. Dostlarımın içində onun qədər mütailə edən yoxdur. Zəngin kitabxanası var. İstanbula hər gələndə Rəmzi-ni, D&R-ı  silib-süpürüb 30-40 kg kitab aparır Bakıya (Hava limanında əlavə kg-lara ödədiyi pullardan bilirəm). İstanbuldakı bəzi nəşriyyat sahiblərini şəxsən tanıyır. Onlarla görüşdən sonra  sevinclə türklərin son illər daha çox kitab oxuduğunu deyir.

Tam mətn