İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

17 il sonra yenidən cənnət adasında

İstanbul İlk dəfə Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) 1996-cı ildə mərhum Rauf Denktaşın dəvəti ilə sənədli film çəkmək üçün getmişdim. Qaldığımız 15 gün ərzində adanı qarış-qarış gəzmiş, çəkilişlər aparmış, müsahibələr almışdıq. Bir günü səhərdən axşama qədər prezident Denktaşın evində keçirtmiş, onunla kamera qarşısında iki saatdan çox söhbət etmişdik. Filmi…

Tam mətn

Sumi Jo, Kim Ki Duk

İstanbul Sumi Jo («Sumi Yo» kimi oxunur) dünyanın ən məhşur sopranolarından biridir. İtaliyanın ən prestijli musiqi məktəbi olan Accademia Santa Cecilia məzunu olan bu Opera Divası ölkəsində «Koreyanın Milli sərvəti» sayılır. Dünya səhnəsinə vəsiqəsini zəmanəmizin ən böyük dirijorlarından biri olan Herbert fon Karayan tərəfindən alıb, Riccardo Muti, Zubin Meta…

Tam mətn

Türkiyədə türk olmaq

İstambul İlber Ortaylı Türkiyənin məşhur tarixçilərindəndir. Populyar tarix kitabları, hazırladığı tv proqramları, xarizmasıyla seçilən və bəyənilən professor Ortaylının «millət» qavramı bu günlər xüsusi ilə aktualdır: «Özlərinə xas dili olanlara millət deyilir. Sonu «lı», «li» ilə bitənlərin soyu bəlirsizdir, qeyri-müəyyəndir. Amerikalı, kanadalı, perulu, pakistanlı, avstraliyalı, argentinalı, çilili, isveçrəli demək olar,…

Tam mətn

Divanda uzanıb qəzet oxumağın sonu

Ötən ilin son günü «Newsweek» jurnalı sonuncu dəfə kağız nəşri ilə çıxdı. Amerikanın nüfuzlu yayın orqanının baş redaktoru Tina Braun «yayınçılığın gələcəyi dijital dünyadadır» dedi. Qəzet dünyasının çaşqınlıqla qarşıladığı bu inqilabi qərarı Tina Braun soyuqqanlıqla belə izah etmişdi: «Amerikada gənclər də, yaşlılar da artıq xəbəri bilgisayar və telefon ekranından…

Tam mətn

Mumyadan başı çıxan varmı?

Bu yaxında gecəyarısı mobil telefonum çaldı qəfildən. Telefonun o biri ucunda Moskvada yaşayan azərbaycanlı iş adamı yoldaşım idi. Titrək, hətta ağlamalı bir səslə «Mənə təcili İstanbulun ən yaxşı göz həkimini tap, bir gözüm kor olmaq üzrədir»,- dedi. Ertəsi gün günorta Etilərdəki Dünya Göz xəstəxanasında oturmuş, bir tərəfdən həkimin bizi…

Tam mətn