İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Bir ölkəni kinoya çevirmək

Hər il yanvar ayının gəlməsi ilə İstanbul sinemaları şənlənir. Oskar həftəsinin yaxınlaşması ilə Oskara namizəd filmlərə olan marağı heç nə ilə ölçmək mümkün deyil. Amerika Kino Akademiyasının 10 nominasiyasında namizədliyi irəli sürülmüş «Düzənbaz» filmi Oskardan əvvəl Berlindən 3 Altın Qlobusla qayıdıb. Orijinal adı «American Hustler» olan film rus…

Tam mətn

«Zamanın rəngləri»

Mallarme kitabı sənətin və ümumən dünyanın çələngi, apofeozu sayırdı — «Bütün dünya əvvəl-axır tək bir kitaba sığmaq üçündür». Simvolizmin ən nəhəng nümayəndələrindən olan bu fransız şair «səhifələrin vəhdəti» ilə «dünyadakı hər şeyin bir-birilə əlaqəsini» ifadə edən bir Kitab yazmağa başlamışdı. Bu işin imkansız olduğunu anlamış və belə bir…

Tam mətn

Gələcəkdə keçmiş inşa edən adam

Türkiyədə ayaqqabı qutusundan milyonlar çıxanda İranın kosmik aparatından Farqam çıxmışdı. Farqam İranın kosmosa göndərdiyi ikinci meymunun adıdır. İran artıq kosmosu fəth etməyə başlayıb. Onun kosmik macəraları 2009-da Ömid (Ümid) adlı öz peykinin fırladılması ilə başlayıb. 2020-də isə kosmosa ilk astronavtını göndərəcək. Təsəvvür edirsizmi, cəmi 6 il sonra İran…

Tam mətn

Onun bihuşedici saqaları

Opera binasına çox sayda ambulans çağırdılar. «Tangeyzer»in Berlindəki premyerasında tamaşaçıların halları xarab olmuş, bayılanlara, qorxudan sarsıntı keçirənlərə həkimlər müdaxilə etmişdilər. 2013-ün may ayındakı bu hadisə son zamanların ən olaylı mədəniyyət hadisəsi oldu. Dahi alman bəstəkarı sənət nəzəriyyəçisi və opera reformatoru Rixard Vaqnerin (1813-1883) 200…

Tam mətn

Mazoxizm, Erotikanın Əlifbası

«Əgər ukraynalı mazoxist deyilsə, deməli o, ukraynalı deyil», — bunu deyən Aleks adlı ukraynalı dostumdur. Lvovun tarixi mərkəzində, «Mazox» adlı bir kafedə oturmuşuq. Divarlarda mazoxizmlə bağlı müxtəlif qravürlər, məlumatlar asılıb, qapıların qıfıl dəlikləri vuayerizmə işarə vurur, menyuda afrodiziak yeməklərin üstünlüyü diqqət çəkir. Sözlərinə təbəssüm etdiyimi görən…

Tam mətn

Türk olmaq suçdur artıq

…destanlar yazılan çağlar bizimdir ferhat’ın deldiği dağlar bizimdir ölen ölür kalan sağlar bizimdir ne mutlu türk’üm diyene hiç kimseden yok korkum diyene… Atatürk Türkiyə Cumhuriyyətinin 10-cu ildönümü ilə bağlı 1933-cü ildəki tarixi nitqini «Nə mutlu türkəm deyənə» sözləri ilə bitirmişdi. Böyük Atatürk «Nə mutlu türk olana» demir,…

Tam mətn

Piano üzərində dolaşan Kabus

20 il əvvəl, soyuq bir dekabr günü, Moskvada ezamiyyətdə ikən dostlarım mənə unudulmaz bir axşam yaşatdılar. Vaxtilə aspiranturada bir oxuduğum rəfiqəm məni teatra dəvət etdi. Bacısı ilk dəfə səhnəyə çıxacaqdı, dəstəkləmək üçün dəvəti qəbul etdim. Sovetlər yeni dağılmış, Rusiya siyasi-iqtisadi kataklizmlər içindəydi. Buna rəğmən Lenin Komsomolu adına…

Tam mətn