İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

QUM KİTABI

Sirli qonaq kitabı İndostanda bir aborigendən aldığını dedi. Kitab “Qum Kitabı” adlanır, çünki, “O da qum kimidir, nə əvvəli var, nə də sonu”… Elçin Şıxlının yubileyinə “Aynaçılar” bir film çəkiblər. Arif Əliyev ortaya bir qum saatı çıxarır o filmdə. İlk dəfə yubiley günü, dostlarla qohumların yubilyarı sevgi selinə bürüdyü axşam baxdıq filmə. Və qum saatı məni Dünya, zaman, son və sonsuzluq haqda çeşidli düşüncələrə daldırdı. Ən sevdiyim yazıçının ən sevdiyim hekayəsini xatırladım.

Tam mətn

ONUN “GİZLİ” BAKI SƏFƏRİ

Xəbəriniz varmı, fantastik Hyperloop layihəsinin müəlliflərindən biri, “Hyperloop One” Direktorlar Şurasının sədri, tanınmış amerikalı iş adamı Şervin Pişəvar Bakıya gəlibmiş. İranda doğulub Amerikada böyümüş, əfsanəvi Berkli (Berkeley) universitetinin məzunu, Tumblr, Warby Parker, Airbnb, Didi, MachineZone və Uber kimi böyük layihələrin müəllifi “ADA” universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” adlı mühazirə oxuyub. “Startup” layihələrinə   böyük sərmayələr qoyan Şervin Pişəvar “ADA”nın tələbə-müəllim heyəti qarşısında uğurlu biznes ideyalarının tapılmasında tövsiyyələri ilə bölüşüb.

Tam mətn

MUTLULUQ YOLUXUCUDUR

Bakıya hər gəlişimdə insanların üzündəki hüzn və kədər, ümidsizlik və mutsuzluq məni məyus edir. Kimi dindirirsən barıt çəlləyitək partlayır, alçaq səslə danışan çox azdır. Əsəbi, gərgin, psixikası pozulmuş insanların sayı sürətlə artır. Sosial şəbəkələrdə bir qrup adam isə psixoloq ədası ilə cəmiyyətə müxtəlif diaqnozlar qoyur, adamları depressiyaya sürükləyir. Vəziyyət acınacaqlıdır – depressiv psixoloji çöküntü, sabaha inamsızlıq həyatı cəhənnəmə çevirir.

Tam mətn

ÖLƏN ÖLÜR, QALAN SAĞLAR BİZİMDİR

Anası erməni idi, atası isə əslən Azərbaycandan. Siyasi tabularını yıxaraq “Karabağ” mahnısı oxudu. Solçu bir sənətçinin pantürkist hayqırışı da dedilər, “Anası erməni olan bir adamın səmimiyyətinə inanmaq olarmı?” da. Şöhrətinin zirvəsində idi. Sosialist fikirli bir adam göz görə-görə milliyyətçiyə çevrildi…  AzTV-nin Türkiyə Təmsilçisi olduğum vaxtlardı. Enerji layihələrinin gündəmi ən məşğul edən zamanda Türkiyənin BOTAŞ (Boru Hatları İle Petrol Taşıma) şirkətinin Baş direktoru Hayrettin Uzundan müsahibə götürəcəkdim. 1995-ci ilin sonbaharında çətinliklə yanına düşdüm.

Tam mətn

BİZİM MİDASLAR VƏ YA SÜNİ İNTELLEKT

İncildəki rəvayətlərə görə Yer üzündəki sonuncu müharibə “Armageddon”da baş verəcək. Xristianlıqda Apokalipsis “Dünyanın sonu” və “Qiyamət günü” ilə sinonimdir. Armageddon fəlsəfə və ədəbiyyatda bütün müharibələrə son verəcək olan Xeyirlə Şər arasındakı axırıncı savaşdır. Bu savaşdan sonra bütün canlılar kainatdan silinəcək və “daşüstə daş qalmayacaq”. Apokalipsisin 3-cü Dünya müharibəsi, nüvə bombasının partladılması, nəhəng bir meteoritin Yer kürəsinə çarpması və b. səbəblərdən gələcəyi təxmin edilir. Tarix verənlər belə var. Nostradamus, məsələn, 3537-ci il deyir.

Tam mətn

HƏYATI BURAXMA

2-ci yazı   Ya siqareti buraxmalıydım, ya da… Birincini seçdim. Amma 30 il siqaret çəkdikdən sonra. Bu illər ərzində getmədiyim klinika, girmədiyim terapiya seansı, çeynəmədiyim nikotin saqqızı, sınamadığım elektronik siqaret qalmadı. Ta ki 2009-cu ilə qədər… Əczaçı dostum Zeynəb gündə 2-3 ədəd siqaret çəkirdi. Tiryaki demək olmazdı ona. Bir gün “gəl birlikdə ataq bu zəhrimarı” dedi. MORA Terapiyanın adını da ilk dəfə o vaxt eşitdim. İstanbulda bu metodu ilk tətbiq edən rəfiqəsinin əri idi.

Tam mətn

30 İLLİK MÜBARİZƏM

1-ci yazı  İlk dəfə siqareti 2-ci kursda çəkmişəm. “Tətbiqi riyaziyyat”dakı uşaqların çoxu çəkən idilər. Kafedra müdirimiz prof. Vaqif Pirməmmədov (nur içində yatsın) koridorda bizimlə siqaret çəkir, Gümrah Cəfərli (mərhum Nəcəf Nəcəfovun qayınatası, işıqlar içində yatsın) isə mühazirənin ortasında şirin Borçalı ləhcəsi ilə “kimdə pışka var, a bala” deyib, “qəm tütəyi” adlandırdığı “Marlboro”sunu yandırırdı.

Tam mətn