Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

Hamının küsülüləri barışır. Bəs bizim?

İsrailin Türkiyədən üzr istəməsi haqqında xəbər, necə deyərlər, ölünü də diksindirə bilər. Xüsusilə də «ölü» özü yəhudidirsə: İsrail dövləti yaranışından heç kimdən üzr istəməyib! Hətta Amerika Birləşmiş Ştatlarından da. Altıgünlük müharibənin üçüncü günü — 1967-ci ilin 8 iyununda Amerikanın «Liberty» kəşfiyyat gəmisi anlaşılmazlıq üzündən İsrail hərbi təyyarələrinin hücumuna məruz…

Tam mətn

Facebook-da İnqilab kabusu

«Alə, qərar verin də, Rusiyadır burada inqilab eləyən, ya Amerika?» Neçənci dəfədir ki, Facebook-da inqilab hazırlığı barədə xəbərlər yayılır və «sosial şəbəkə»nin nə demək olduğunu dəqiq təsəvvür etməyən bir çox siyasətçilərlə yanaşı, mötəbər yerli, xarici təşkilatların da narahatçılığına səbəb olur. Bu dəfə Azərbaycanda rəsmi fəaliyyət göstərən ABŞ Milli Demokratiya…

Tam mətn

Savaşın qaranlıq üzü

Çox eşitmiş olarsınız: «yəhudi ağlı», «alman təfəkkürü»… Ən çox da, yəqin ki, «müsəlmanın sonrakı ağlı». Bunların hər birinin nə məna kəsb etdiyini və aralarındakı fərqi xırdalamağa ehtiyac görmürəm. Demək istədiyim odur ki, əgər «millətin ağlı» varsa, «ağlın da milləti» olmalıdır. Bəs ədalətin necə? Onun da milləti varmı? Bu sualın…

Tam mətn

Sən məni başa düşməzsən, Alessandro!

Bu həftə İtaliyada parlament seçkiləri idi. Məzahir Pənahov o seçkilərin necə keçdiyini görsəydi, dəhşətə gələrdi. Hələ mən onun hər addımını izləyən müxalifəti demirəm. Orda seçki məntəqələrində adamların barmaqlarını mürəkkəbə batırmırlar. Vebkameralar yoxdur. Vebkameralar cəhənnəm, heç Mərkəzi Seçki Komissiyasının özü yoxdur. Ən gülməlisi isə (Azərbaycan seçicisi üçün ağlamalısı), İtaliyada bülletenləri…

Tam mətn

Məhkəmə aclıq elan edir!

İnsana faciənin miqyasını dərk etmək və onu düzgün qiymətləndirmək üçün mütləq müqayisə və bir az da şişirtmə lazımdır. Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun və Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddia ərizələri əsasında Azərbaycan məhkəmələri «Azadlıq» qəzetinə 62.000 manat məbləğində cərimə kəsiblər. Öz-özlüyündə bu rəqəm heç nə demir. Məsələn,…

Tam mətn