Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

Çörək və…

Eurovision-a qoşulandan (2008) dördüncü dəfədir Azərbaycanın adı bu müsabiqə ilə bağlı siyasi qalmaqallarda çəkilir. İkisi Ermənistanla, üçüncüsü Eurovision-2012-yə hazırlıqla əlaqədar əvvəlki qalmaqalların üstündən nisbətən asan keçmək mümkün oldu. Bu dəfə məsələni Rusiya böyütdü, az qala diplomatik münaqişə həddinə çatdırdı: xarici işlər naziri Lavrov rus müğənnisinə səs vermədiyimizə görə bizimlə…

Tam mətn

May çələngi — 1

«Ayna» müəllif qəzetidir. Amma kim deyir ki, müəllif qəzetində interaktivliyə yer yoxdur. Kömək üçün oxuculara müraciət edirəm. O qədər orijinal bəyanatlar, dahiyanə çıxışlar olur ki, hamısını izləmək tək adamın işi deyil. Gözünüzə harda tanınmış adamların, xüsusilə siyasətçilərin belə «könül oxşayan» fikirləri dəysə, elektron ünvanıma göndərin. Mən…

Tam mətn

Popuqaylar yaxşı quşlardır,

Saytlar, agentliklər, qəzetlər bu həftə o qədər maraqlı, düşündürücü, gözlənilməz bəyanatlar yaydılar, xəbərlər gətirdilər ki, jurnalistlər və onların Azərbaycan cəmiyyətindəki rolu barədə ən tənqidi mövqedə dayananların da ürəyi yumşalmalı idi. Doğrudan da, keyfiyyətli jurnalistikada çox zaman heç şərhə ehtiyac qalmır. Hələ XI əsrdə Keykavus tövsiyyələr toplusu «Qabusnamə»də yazırdı:»Hər adam…

Tam mətn

«X saatı»nda «qırmızı xətt»də görüşənədək!

May ayının 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü idi. Hökumət onu ayrı qeyd etdi (şəhərin bir başında konfrans düzənlədi), qeyri-hökumət ayrı (şəhərin o biri başında öz toplantısını keçirdi). Bayramda da bir ola bilmirik, yasda da. Hətta Xocalı qurbanlarını da ayrı-ayrı yad edirik. Əvvəl iqtidar yığışıb heykəlin önünə çələng aparır, sonra…

Tam mətn

Əjdaha və qəhrəman

Yevgeni Şvartsın böyüklər üçün «Əjdaha» nağılının Azərbaycan dilinə tərcüməsini bitirdim və hələ də güclü təsiri altında olduğum əsərdən ayrılmaq üçün, məndən çıxmayan iş, AzTV-nin düyməsini basdım. İstədiyim alınmadı: ekranda gördüyüm hər iki epizoddan hər biri yenə mənə həmin əsəri xatırlatdı. İlahi, nağıl deyilmiş bu! Nə gündəyik biz? İnsanların üst-başı…

Tam mətn

501 qızılgül çələngi və… 154 mənzil

Kömək əli uzada bilmədiyin yaxın dost-tanışın, uzaqdan-uzağa ruhi bağlılıq duyduğun insanların faciəsindən xəbər tutanda keçirdiyin səbəbsiz günah hissi. Son vaxtlar tez-tez olur. Ona görə yox ki, mənsub olduğum nəslin yarpaq tökümü vaxtı yetişib. Hələ tezdir. Amma yola salırlar, sıradan çıxarırlar. Bir həftə əvvəl Moskvadan tələbə dostlarım zəng etmişdilər. Telefonun…

Tam mətn

Reformafiya və reformasiya

Sizdə belə təsəvvür yaranmırmı ki, hakimiyyət özünə hər tərəfdən təhlükə hiss edir, hamıdan şübhələnir və əsil təhlükə mənbəyini müəyyən edə bilmədiyi üçün gətirdiyi suvuran maşınlardan dörd yana aramsız su fışqırdır? İlin əvvəlindən hakimiyyət politoloqlarının, partiya liderlərinin və dövlət rəhbərlərinin bu mövzuda diqqətimi cəlb edən bəyanatlarını bir qovluğa yığmışam. Oxuyuram….

Tam mətn