Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

Teleməkanımızın parlaq rəngi – ANS

                                Kim nə deyir-desin, ANS-in yayımı dayandırılandan sonra televiziya məkanımız çox solğun görünür. Adamlar hələ də ümidlə pultu ələ götürürlər ki, birdən telekanal açılmış olar. Xüsusən xəbər vaxtı gələndə şüuraltı “Xəbərçi” yada düşür. Elə bil ANS-siz xəbər ölçüləri də bir az dolaşıq düşüb.

Tam mətn

Türkiyə üzərində dolaşan kabus

Siyasətdə heç nə təsadüfən baş verməz. Əgər bir hadisə olursa, əmin ola bilərsiniz ki, bu əvvəlcədən planlaşdırıldığı üçün baş verir. (F.Ruzvelt)   Türkiyədəki sonuncu izdihamlı mitinq böyük rezonans doğurdu, haqqında az qala bütün dünya yazdı. Meydana yığışmış xalq, hökumət və müxalifət çevriliş cəhdini pislədi, hamı bir ağızdan “Türkiyə”, “demokratiya” və “Ərdoğan” dedi. Hərçənd, xaricdən bu mitinqə ağız büzənlər, ölkədə avtoritarizmin start götürdüyünü deyənlər də oldu.

Tam mətn

Qabiliyyət imtahanının qabiliyyətsiz yönləri

 Bütün yaxşı ideyaların taleyi belədir: reallaşanda özünü məmnun sayırsan, gerçəkləşməyib kağız üzərində qalanda içdən göynəyib heyfsilənirsən, həmin ideya əcaib şəkildə reallaşdırıldıqda isə dərin təəssüflə “olmasaydı, bundan yaxşı idi” deyirsən. Indi bəzi çevrələrdə narahatlıqla müzakirə olunan jurnalistika ixtisasına qəbul zamanı xüsusi qabiliyyət imtahanının tətbiq edilməsi ideyası, məhz sonuncu kateqoriyadandır. *  *  * Qabiliyyət imtahanı ideyasını ortaya atanların pis niyyət güddüyünü demək insafsızlıq olardı.

Tam mətn

Mətbuat dərdlərimizi niyə demir?

                                    Yəqin  rayonlara yolu düşənlər bunu müşahidə ediblər ki, yerli əhali şəhərdən gələnlərə aşırı maraq göstərir, onlarla fəal ünsiyyətə can atırlar. Dərhal da “oralarda nə var, nə yox” kimi şablon suallarla adamdan söz qoparmağa, sanki nəsə onlardan gizlədilən vacib bir şeyi öyrənməyə çalışırlar. Səni tanıyırlarsa, hansı peşənin sahibi olduğunu bilirlərsə, vəziyyət daha da mürəkkəbləşir, yəni suallar bir az da konkretləşir və qəlizləşir.

Tam mətn

Gürcüstan natürmortu

  Qonşu ölkənin dirçəlişi haqqında ayaqüstü qeydlər NATO-nun Varşavadakı axırıncı  sammiti çox detalları ilə yadda qalacaq. Məncə, bu detalların içərisində gürcü şərabının ayrıca yeri olacaq. Avropa telekanalları sammitin ilk günü verilən ziyafətdə süfrələrə məhz gürcü şərabı düzülməsinə özünəməxsus məna verdi: NATO qapılarını Ukrayna ilə birlikdə Gürcüstanın da üzünə açır, Tbilisi isə öz təhlükəsizliyinə təminatı dünyada ən güvənməli olan bir qurumda görür.

Tam mətn