Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

Çərşənbə günündə «EL» məclisində…

Haqqında neçə vaxtdan bəridir danışılan «EL» hərəkatının yel çərşənbəsi günündə elan olunması, deyəsən, xeyli rəmzi oldu. Qəzetlərin «yüyrək» dilində desək, «ölkənin əsas müxalifət partiyaları rəhbərlərinin, ictimai qurumların, ziyalıların, media təmsilçilərinin, həmçinin diplomatik korpusun nümayəndələrinin qatıldığı tədbirdə «EL» hərəkatı cəmiyyətə təqdim edildi». Məqsədi qəflətdə yatmışları oyatmaq, şüurlara işıq, dilsizlərə dil,…

Tam mətn

Qarabağda azan səsi

Yaxın günlərdə qəzetlərdə və telekanallarda gedən belə bir görüntülü xəbər qəlbimi riqqətə gətirdi ki, Qarabağın cəbhə xəttinə yaxın bölgələrindəki məscidlərdə azan veriləcək. Bu xoş xəbərdən xeyli məmnun oldum və bir anlığa islamda fərz buyurulan azanın insanlarda yaratdığı ilahi duyğular, coşqu, ruhi çırpıntılar və bir də…

Tam mətn

Qərib ölkədəki əsgərin ağrıları

Harada olursa-olsun, o, fevralın 26-da mütləq məni axtarır, Rusiyanın müxtəlif şəhərlərindən zəng edir. Hal-əhvaldan sonra Xocalıdan, həlak olmuş döyüş dostlarından, qətlə yetirilmiş qocalardan və uşaqlardan, bir də Azərbaycanın bugünkü dərdlərindən danışırıq. Bir qayda olaraq, söhbətin sonunda vətən üçün darıxdığını və fürsət düşən kimi Bakıya qayıdacağını deyir. Deməyinə deyir, amma…

Tam mətn

İntriqa mərəzi, yoxsa ekspert

Bu günlər ölkənin gündəmini təkcə siyasət fantaziyaları məşğul etmir. Arada şou əhlinin duzsuz söhbətləri də bu fantaziyalara «rəng» qatır. Pis odur ki, indi təhsil adamlarının dərslik mübahisələri də cəmiyyətə təxminən bu havada təqdim olunur. Cida çuvaldan çıxarılıb və ölkənin eyni amala xidmət etməli olan iki qurumu sanki qaydasız döyüşə…

Tam mətn

Azərbaycan elmi: göydə və yerdə

Ötən həftə mediada elm aləmi ilə bağlı bir neçə xəbər dolaşdı: Azərbaycan ilk dəfə kosmik orbitə rabitə peyki qaldırıb, Rusiya paytaxtında XIX əsr Azərbaycan tarixinə dair oçerklər kitabının təqdimatı olub, Moskva Dövlət Universiteti öz tarixində ilk dəfə azərbaycanlı müəllifin — riyaziyyatçı professor Nadir Süleymanovun kitabını nəşr edib. Ölkənin iki…

Tam mətn