Muəllif:

Hüceyrə — insan.

Deyirlər bizim kainata oxşar milyardlarla kainatlar var.
Və hər kainatda Yer kimi milyardlarla ulduz fırlanır.

Və bizim Yerdə milyardlarla insan yaşayır.
Və deyirlər ki, insan milyardlarla hüceyrədən ibarətdir.
Mən hesab edirəm ki, insandakı hüceyrələrin  sayı Yerdə yaşayan insanların sayı qədərdir. Və ya kainatdakı  “Yer “lərin sayı, kainatların sayı qədərdir…

Uzun sözün qısası- hər şey fraktallardan ibarətdir. Fraktallar — özündən dəfələrlə kiçik özünəbənzərlər deməkdir.

Təsəvvürünüzə gətirin ki, sonsuz sayda matryoşkalar var və hər bir matryoşkanın içindəki matryoşka öz “ana”sından milyard dəfə kiçikdir. Və ya hər bir ana matryoşka — milyardlarla bala matryoşka boyda (və xasiyyətdə) olur.

Və sairə.

… Və Yer —  bir insan misalı.

Bizlər — hüceyrə kimiyik. Kimi göz, kimi ürək, kimi beyin, kim isə öd kisəsinə düşüb…

Hər bir hüceyrə kimi hər bir insan da ətrafdakılarla daimi, arasıkəsilməz əlaqədə, mübadilədədir.

Harmoniya qanunlarına uyğun olaraq hər bir hüceyrə-insan öz işini yerinə yetirməlidir. Tək həmin orqanı deyil, həm də bütöv orqanizmi, planeti və kainatı, qalaktikanı (və s.) tənzimləyən, nəzarətdə saxlayan qanunlara uyğun olaraq hər bir hüceyrənin öhdəsinə düşən işi var.

Və hər bir hüceyrənin şıltaqlığı sonunda bütövlükdə həyat deyilən bir şeyin ağlagəlməz dəyişikliklərinə səbəb olur.

Məşhur xaos nəzəriyyəsindəki kimi —

Biləsuvarda bir kəpənəyin qanad çalmağı Miyakoda sunamiyə səbəb olur.

Təbii ki, yer adları şərtidir.

Həm fiziki,həm mental, həm də ruhi cəhətdən daim alış-veriş və ya veriş-alış işində olmalıdır fraktal matryoşkalar.

Fiziki-kimyəvi tərkibcə hər bir insan ortalama Yerin tam eynidir. Məsələn, Yer kimi bizim bədənimiz də 75 % sudan ibarətdir. Yerdə qalanı Yerdə olan tərkibə uyğun olaraq dəmir, mis, Si, Mn və s.

Əğər hansısa hüceyrə yalnız almaqla məşğul olub, digərlərini unudaraq yalnız özünə işləyərsə, o hüceyrə sonunda xərcəng hüceyrəsinə çevrilir.

Yəni Ali orqanın qanunlarını pozduğu üçün, və  ümumi sistemə təhlükə yaratdığı üçün avtomatik proqramlara uyğun olaraq özünü ölümə məhkum edir.

Və ətrafındakı hüceyrələri “hərifləyib” acğözlüklə yeyir…

Əvvəl həmin orqan, sonra isə bütöv sistem sıradan çıxmağa başlayır.

Bir üst sistemə zərər toxunmasın deyə orqan, və ya  müvafiq orqanizm məhv olur.

Bir hüceyrə bir adamın axırına çıxır.

Yəni, bu halda bütöv bir xalq bir adamın güdazına gedir.

Dini kitablarda bütöv xalqların məhv edildiyi dəfələrlə qeyd olunub.

Yer kürəsini bir insan kimi, bir xalqı bir orqan kimi, həmin xalqın nümayəndələrini hüceyrə kimi  qəbul etsək, və bir nəfərin (hüceyrənin) eqoistik-vampirik-ədalətsiz həyat tərzi bütövlükdə bir xalqın (orqanın) və sonunda Yerin xəstələnib məhv olmasına gətirib çıxara bilər.

Ədalətli — halal biznes ( al-ver) qurmuş hüceyrələr xəstələnmir.

Bu iş təkcə cismani xarakter daşımır, eynilə mental və ruh səviyyəsində də bu belədir. Yəni bilgi, sevgi və iman  mübadiləsi də ədalətlə aparılmalıdır.

Ədalət pozulan kimi kataklizmlər başlayır.

Hüceyrələrin (fərdlərin) sistemdən xaric, və ya məhv edilməsinin bir səbəbi də özbaşınalıqdır.

Məsələn, düz bağırsaq hüceyrəsi beyin hüceyrəsi işinə yiyələnir, və  üfunət iyi hər yeri bürüyür…

Xəstə sistemlərdə belə olur.

Deyək ki, öd kisəsi hüceyrəsi vurur çıxır başa, göz olmaq, qulaq olmaq istəyir və təbii ki, əvvəl-axır gözü kor, qulağı kar edir, çünki bunun işi öd buraxmaqdır — vurub yandırır ətrafını…

Sistemdə nəzarət pozulan kimi, mədə hüceyrəsi, və ya nəsil artırma orqanının hüceyrəsi ürəyə gedib düşür. Və insan daim yeməkdən ötrü “ölür”, və ya seks üçün “ürəyi gedir”…

Ən böyük xəstəlik isə varlığın sevgisiz (mərhəmətsiz) olmağıdır.

Çünki sistemlərə nəzarət (və idarə) proqramları harmoniya-sevgi alqoritmləri əsasında işləyir…

Bu Günəşi parladan da, bu Yeri fırladan da bizim təmiz niyyətimiz, sevgimiz-mərhəmətimizdir.

Niyyəti təmiz, mərhəmətli və sevgili olaq ki, nə Yerimiz, nə də Yurdumuz xəstələnməsin!!!

Rauf Muradov

Southampton

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 287