Muəllif:

Ədalət tələbimiz niyə eşidilmir?

Sovetlərdən qalmış yarımçıq bina. Qışda soyuqdan donursan, yayda istidən ölürsən, pilləkənlərin sürahisi olmadığından nə qədər uşaq və böyük arakəsmələrə düşüb, yaralanıb. Onların çimdikləri hamamı görmüsünüzmü? İsti suyu necə əldə edirlər? Qaz varmı? Evin içində (ev demək mümkünsə) necə yaşayırlar; suyu qablara doldurub otağın bir küncündən yığırlar, gündəlik ehtiyaclarını qarşılamaq üçün tədarük görürlər. Axşam düşəndə 5-6 nəfərin hamısı həmin bir otaqda yatır. Səhər tualeti üçün yaranmış növbəni də təsəvvürünüzə gətirin. Bir də dəhlizlərdən keçərkən ətrafa yayılan xörək, qurumaq üçün asılmış yaş paltar iyini, divarlara hopmuş rütubəti də bunların üstünə gəlin. Ətrafda dolaşan it, pişik, siçan və həşəratları da nəzərə ala bilərsiniz.

Xocalıya ədalət tələb edənlər nədənsə bu vəziyyətdə yaşayan sakinləri ziyarət etməyi düşünmür. Bəlkə də hesab edirlər ki, bütün bunların fonunda ədalət tələb etmək o qədər də yaradıcı görünmür.

Bir neçə gün öncə Xocalıya ədalət tələb etdik. Növbəti ilə kimi fasilə götürdük. Gələn il də eyni şeyləri edəcəyik. Proses öz axarı ilə davam edəcək.

Xocalıya ədalət tələb etmək üçün bu insanları ağ günə çıxartmaq lazımdır. İkincisi, Xocalıya ədalət Xocalının azad olunmasından keçir. Mən təklif edirəm ki, Türkiyənin (hələ də anlaya bilmirəm ki, nə üçün illərdir bu ölkəyə gedib “ədalət” tələb edirlər), lap elə Bakının lüks otel və restoranlarından çıxıb bircə dəfə bu sakinlər məskunlaşan yerə getsinlər. Xocalıdan olan məcburi köçkünün birotaqlı evinə daxil olsunlar, orada oturub tədbirlərini keçirsinlər. Qarşılarına həmin birotaqlı daxmanın küncündəki şüşələrdə yığılmış sudan çay qoysunlar. Fasilədə də bayaq haqqında danışdığımız pilləkənsiz, yöndəmsiz, dəhlizlərə çıxsınlar… təbii ki, sonra da həmin tualetlərə baş çəksinlər. Sizcə, belə daha ədalətli deyilmi?

Qayıdaq Türkiyədəki tədbirlərə. 2012-ci ildə Bakıdan N qədər adam hökumətin və başqa kimlərinsə dəstəyi ilə İstanbula getdi və orada Taksim meydanında Xocalıya ədalət şüarları səsləndirdi. Miqyası geniş olmasa da, Türkiyə ənənəsi hər il davam edir. Məqsəd nədir? Bu “ədalət tələbləri” hansı vəsaitlə keçirilir? İstanbulda və yaxud Bodrumda Xocalı tədbirlərinin keçirilməsinin əhəmiyyəti nədir? Bu kimi aksiyalar nə üçün dövlət səviyyəsində Rusiyada – lap elə Stavropol, Krasnoyarskda keçirilmir?

Xocalı bizim faciəmizdir. Onu biz yaşamışıq və dünyaya biz tanıtmalıyıq. Amma tanımırlar, ümumiyyətlə belə bir hadisənin baş verməsindən xəbəri olmayanlar da var. Kommunikasiyada mesajın verilməsi zamanı məkanın düzgün seçilməsi prinsipi var. Sizin nə mesajınız, nə də məkanınız yerindədir.

Türkiyədə illər öncə qətlə yetirilmiş Hrant Dinkin dəfn günü yəqin ki, çoxlarının xatirindədir. İstanbul həmin gün rəsmən silkələnmişdi… axırda da Sarı Gəlin musiqisinin sədaları altında dəfn elədilər, çünki Dinkin ən çox sevdiyi musiqi parçası idi. Onların mesajı da, məkanı da yerində idi. Bu gün də hamı o aksiyadan danışır. Hətta, Bakıda da təəccüblə qarşılayanlar vardı, üstəlik dünyanın bütün aparıcı media qurumları da geninə-boluna işıqlandırdı. Mediaya hadisə lazımdır, o da var idi. Bizim aksiyalarımızı isə yerli TV kanallarından başqa kimsə göstərmir, heç türk mediasının əksəriyyəti də bu kimi tədbirləri işıqlandırmır.

Rusiya Federasiyasında neçə milyon azərbaycanlı yaşayır?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 386