Muəllif:

Yalama şəhidləri

Yalama şəhidlərimizi addım-addım layiq olduqları yüksəkliyə qaldırırıq. Əvvəlcə “Ayna”da 70 minlik işğalçı sovet ordusunun qarşısına çıxmış və son damla qanına qədər vuruşmuş 350 gənc Azərbaycan əsgəri haqqında bir məqalə çap olundu. Onu başqa saytlar, qəzetlər çoxaltdılar, minlərlə insan oxudu. Yaxın günlərdə “Yalama” sənədli-bədii povesti təqdim olunacaq. Ardınca eyni mövzuda “Bəyaz ruhlar qatarı” pyesini səhnələşdirmək nəzərdə tutulub. Sonra film çəkməyi düşünürük. Bu böyük və tarixi ədalətin bərpasına xidmət edən ideyanı biz birlikdə reallığa çevirə bilərik.

Dostlarımızı müstəqilik günü ərəfəsində metronun “28 may” stansiyası yaxınlığındakı kitab mağazasına, “Yalama” povestinin təqdimat mərasiminə dəvət edirik. Satılan kitabların gəliri gənc əsgərlərimizin şücaəti haqqında tamaşanın hazırlanmasına yönəldiləcək. Bu, həm də möhtəşəm ictimai aksiyadır, müstəqillik şəhidlərimizə xalqın özünün sponsorluğu ilə abidə ucaltmaq cəhdidir.

Tədbirin keçiriləcəyi vaxt: 27 may, saat 12.00 – 15.00. Ünvan:   Puşkin küç., 32, “Loqin” Kitab mağazası.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 451