Muəllif:

İnsan haqları gününə sözardı

İnsan haqları gününü geridə qoyduq. Bəzilərinin hər gün uğrunda mübarizə apardığı, bəzilərinin ildə bir dəfə yadına düşdüyü, bəzilərininsə tapdalamaq uğrunda mübarizə apardığı insan haqqı.

İnsan doğuluşundan son anına qədər müxtəlif haqlara sahibdir. Yaşamaq hüququ, təhsil hüququ, özünü ifadə hüququ, toplaşmaq hüququ, etiraz hüququ, mülkiyyət hüququ və.s . Bəs bizdə insanın hansı hüquqları var?
Yaşasaq da, normal yaşaya bilirikmi?

Orta təhsil pulsuz olsa da, normal təhsil ala bilirikmi?

Özümüzü istədiyimiz kimi ifadə edə bilirikmi? Tənqid edə bilirikmi? İstədiyimizi yaza bilirikmi?
Mülkiyyətimizə sahib çıxa bilirikmi?

Etiraz edə bilirikmi?

Təbii ki, yazdıqlarım nisbidir, hüquqlarımız kimi.

İfadə azadlığından, söz azadlığından istifadə edən şəxsləri bizdə həbs edirlər, media orqanlarını isə qapadırlar.
Bizdə hər kəsin mülkiyyəti sənəddə özünündür. İstədikləri vaxt adamın evinə girib, evindən bayıra ata bilərlər. Və adamın səsini eşidən olmaz.

Bizdə uşağı məktəbə göndəririk, hələ üstəlik cibimizin pulu ilə repetitor yanına.

Pulumuz yoxdusa, sağlamlıq da yoxdur.

Toplaşanları işdən çıxarırlar, danlayırlar, damlayırlar.

Etirazını bildirənləri “antimilli ünsür” çıxarırlar.

Məncə, sadaladıqlarım yetərlidir. Bu ölkədə insanı düşünən kimdir ki, haqqına da sahib çıxsınlar?
Yenicə vəzifəsindən azad olunmuş keçmiş Vergilər naziri Fazil Məmmədovun qızı sosial şəbəkədə atası barədə yazıb ki, 23 il şərəf və ləyaqətlə hökumətə xidmət etdi. Cümləyə diqqət edin. Xalqa, millətə, insanlara deyil ha, hökumətə xidmət etdi yazır. Hökumətə.

Bizdə hansısa nazir xalqa, millətə, insana xidmət etmək üçün təyin olunmur. Hökumətə ləyaqətlə və sədaqətlə xidmət etsin, yetər.

Bizim insanlar öz haqlarını tapmaq üçün hətta təyyarənin yük hissəsində Almaniyaya mühacirət edirlər.

Yeri gəlmişkən, rəsmi dövlət agentliyi olan “Azərtac”da Beynəlxalq İnsan Haqları günündə belə bir xəbər başlığı getmişdi. “10 dekabr- Beynəlxalq Heyvan hüquqları günüdür.”.

Belə. Nəticəni özünüz çıxarın.

Bu ölkədə heç heyvanların da hüquqları yoxdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172