Muəllif:

Ukraynada 200 rusun bəhanə üçün öldürülməsinə əmr verilib

Bu məkrli işin təfsilatını Metyu Brayza açıb. Deyib ki, kəşfiyyat Rusiyanın intervensiyasına haqq qazandırmaq məqsədilə 200 nəfərin öldürülməsi barədə əmr əldə edib… ABŞ-ın Azərbaycandaı keçmiş səfiri Metyu Brayza Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə tərəfdar olduğunu bildirib. “İrana qarşı olduğu kimi sanksiya lazımdır, “Qunvor”a, “Qazprom”a, Rosneftə, Seçin və Putinə zərbə vurmaq lazımdır”, — M.Brayza Vaşinqtonda “Ukraynada böhran, Rusiyanın siyasəti, Qərbin cavabı” forumundakı çıxışında bildirib. Forumu Ceymstaun Fondu təşkil edib.

ABŞ-ın Ukraynaya hərbi yardımı az olsa da kəşfiyyat xidmətləri arasında əməkdaşlıq xeyli artıb. Brayzanın sözlərinə görə, kəşfiyyat məlumatlarının sayəsində Şərqi Ukraynada böyük təxribatın qarşısını almaq mümkün olub: “Kəşfiyyat bəhanə yaradaraq Rusiyanın hərbi intervensiyasına haqq qazandırmaq üçün 200- yaxın adamın öldürülməsi barədə əmr əldə edib”.

M.Brayza Ukrayna hadisələrilə 2008-ci ilin avqustunda Gürcüstanda baş verənlər arasında paralellər aparıb: “Qərb tərəfindən ciddi cavabın olmaması Putini yeni təcavüzə ruhlandırdı”, — o qeyd edib.

M.Brayza deyib ki, Rusiyanın Gürcüstana təcavüzü zamanı Qərb “yardım barədə çağırışları dinləməməyə üstünlük verdi, halbuki gürcülərin fikrincə, Rusiyaya hərbi cavabın verilməsi “müqəddəs əməl” olardı.

“Bu gün hesab edirəm ki, prezident Saakaşvili qələbəyə ümidi olmadan, yardıma ümidi olmadan Gürcüstanın hərbi gücündən qat-qat üstün olan təcavüzkara hərbi müqavimət göstərməyə qərar verməkdə haqlı idi”, — M.Brayza vurğulayıb. Onun fikrincə, Gürcüstan təcrübəsi göstərdi ki, “Putin yalnız ciddi müqavimət gördükdə geri çəkilir”.

Kremlin Ukraynada üzrə strategiyasından danışan M.Brayza deyib ki, “Putinin seçdiyi partizan təxribatı taktikası tamamilə uğursuzdur”, onun atdığı addımlar isə Rusiyanı uçuruma gətirib. “O, öz hərəkətlərini NATO-nun irəliləməsi ilə əlaqədar  qorxu ilə əsaslandırır və sonda elə etdi ki, indi də NATO gerçəkdən regionda iştirakını genişləndirir”, — amerikalı ekspert vurğulayıb (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126