Muəllif:

Türkmənistan Əlyazmalar İnstitutu ilə əməkdaşlıq qurulacaq

Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. MEA mətbuat xidmətindən verilən xəbərə görə, institutun direktoru Teymur Kərimli ilə görüşən səfir onu böyük türkmən şairi Məhtimqulunun mayda Aşqabadda keçiriləcək yubiley tədbirinə dəvət edib.

Komekov Əlyazmalar İnstitutunun fəaliyyət istiqamətləri, sərgi zalı ilə tanış olub, iki ölkənin Əlyazmalar institutları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyindən danışılıb.

Tərəflər mayda Məhtimqulunun yubileyi münasibətilə elmi konfransın keçirilməsi, iki ölkənin Əlyazmalar institutları arasında əməkdaşlıq barədə memorandumun imzalanması barədə razılığa gəliblər.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134