Muəllif:

Stokholmda «soyqırım» aksiyası baş tutmayıb, broşurları əllərində qalşb

Stokholmda bir neçə həftədir hazırlıqları gedən erməni və assuriyalıların uydurma soyqırımı aksiyası baş tutmayıb. Buna səbəb aksiyaya heç kimin qatılmaması olub. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsveç Türk İşçi Dərnəkləri Federasiyası xəbər verir ki, İsveç Erməni Federasiyası və assuriyalıların Stokholmun mərkəzi sayılan Sergel meydanında keçirdikləri aksiyaya turistlər belə biganə qalıb. İsveçdə 5 min erməni, 40 min assuriyalı yaşamasına və hava şəraitinin də əlverişli olmasına baxmayaraq, onlar mitinqdə iştirak etməyib, əvəzində isə piknikə getməyə üstünlük veriblər.

İsveç Erməni Federasiyasının üzvləri və bir-iki assuriyalı aksiyanın baş tutmamasından və həmvətənlərinin passivliyindən narahat olublar. Belə ki, qondarma erməni soyqırımı aksiyasında bayraqların sayı insanlardan çox olub. İştirakçılara paylamaq üçün hazırlanmış bröşürlər də təşkilatçıların əllərində qalıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 59