Muəllif:

Şeytan çarxında şeytan qiymətlər: Bakı bulvarı dünyanın ən bahalı bulvarı…

Minimum əmək haqqı 105, orta əmək haqqı 430 manat olan ölkədə 3 dəqiqəlik uşaq əyləncə xidmətlərinin 2-4 manat arasında dəyişməsinin heç bir iqtisadi izahatı yoxdur.

Dənizkənari bulvardakı attraksionlar sırasında  “Şeytan çarxı” adlandırılan bu attraksion-panorama əksər ölkələrin milli parklarını bəzəyir. Bulvarda paytaxt sakinləri xüsusən də uşaqları sevindirəcək xidmətlərin olması bütün hallarda təqdirə layqidir. Amma dənizkənarı parkdakı attraksionlar kimi sevindirir: sakinləri yoxsa həmin attraksion sahiblərini?

Iqtisadçı Vüqar Bayramov deyir ki, problem sadə və bəlkə də qeyri-adi deyil: şeytan çarxında şeytan qiymətlər. Bu xidmətdən istifadə etmək üçün adambaşına 5 manat ödənilməsi lazım gəlir. Müqayisə etsək: 2 uşağa sahib ailə hər hərtəsonu deyil, ayda cəmi 2 dəfə yalnız bu xidmətdən istifadə etsə o zaman onlar 40 manatından keçməli olacaqlar. Bu isə o deməkdir ki, dənizkənarı bulvarda sadəcə bir xidmətdən istifadə edilməsi üçün minimum əmək haqqının 38, orta aylıq əmək haqqının isə 10 faizini xərcləmək lazımdır:

”Azərbaycan qanunvericiliyində süni qiymətlər müəyyənləşən zaman malın və ya xidmətin satış qiyməti ilə onun maya dəyəri, yəni xərci arasında fərq nəzərə alınır. Bəyəm, süni qiymət aylarla zəhmət çəkib öz kənd təsərrüfatı məhsulunu yetişdirən fermerin bazarda onu 10 qəpik daha baha qiymətə satmaq istəməsidir? Sanki dənizdə əsən küləyin istiqamətinə görə müəyyənləşdirilən bulvardakı qiymətlər süni qiymətlər deyilmi?”

Süni qiymət problemi sadəcə attraksion-panorama ilə deyil, eyni zamanda bulvarda təklif edilən digər xidmətlər ilə bağlıdır. Məsələ ondadır ki, əsas xidmətlər üzrə qiymətlər süni və şişirdilmiş qiymətlər olduğundan onların aşağı salınması ilə mübarizə aparılması və qiymətlərin tənzimlənməsinə ehtiyac var. Azərbaycan qanunvericiliyi ölkənin bütün ərazisində o cümlədən Dənizkənarı bulvarda süni qiymətləri qadağan edir. Bulvardakı qiymətlər müəyyənləşdirilən zaman hansl iqtisadi qanuna uyğunluqlara söykənildiyini demək çətindir. Bu qiymətlir nə bazar, nə də əhalinin ödəmə qabliyyətini diktə edir.

İqtisadçı hesab edir ki, Dənizkənarı bulvarda qiymətlərin süni şəkildə şişirdilməsi nəinki aztəminatlı vətəndaşların hətta orta təbəqə nümayəndəsi olan ailələrin də bulvardan səmərəli istifadəsinə imkan yaratmır. Onun hesablamarına görə, Bakı Dənizkənarı bulvarında qiymətlər Batumi bulvarı ilə müqayisədə 3.5, İstanbulun əsas parkı ilə müqayisədə 2 dəfə bahadır. Bir uşağın bulvardakı 5 uşaq əyləncə xidmətinin istifadə xərci ölkə üzrə minimum əmək haqqının 16 faizi qədərdir:

”Bulvardakı qiymətlər paytaxtın əksər əraziləri ilə müqayisədə ən azı 2 dəfə bahadır. Təbii ki, şəhərin mərkəzindəki bir neçə bahalı xidmət obyektləri o cümlədən restoranlar ilə bulvardakı qiymətin müqayisəsi yolverilməzdir. Bulvar ölkənin əsas milli parkıdır və mill parkdakı xidmətlər yalnız varlılar üçün bütün vətəndaşlar üçün əlçatan olmalıdır.

Bakı bulvarındakı qiymətlər nəinki qonşu ölkələr, hətta Avropanın əksər dövlətləri ilə də müqayisəyə gəlmir. Minimum əmək haqqı 105, orta əmək haqqı 430 manat olan ölkədə 3 dəqiqəlik uşaq əyləncə xidmətlərinin 2-4 manat arasında dəyişməsinin heç bir iqtisadi izahatı yoxdur”.

Elə çıxır ki, bulvarda təklif edilən əsas xidmətlər maya dəyərindən bir neçə dəfə baha satılır. Hətta şəhərin, demək olar, bütün ərazilərində standard qiymətə təklif edilən su və meyvə şirələri də süni qiymətlə təklif edilir. Bu ölkə qanunvericiliyinə zidd olduğu üçün bu qiymətlərə qarşı mübarizənin aparılmasın ehtiyac var. Bulvarda qiymətlərin tənzimlənməsi həyata keçirilməyincə ölkə vətəndaşların əskərtiyyətinin bulvardakı xidmətlərdən istifadə etməsi mümkün olmayacaq.

Milli Parkın formalaşdırılması fəlsəfəsinə uyğun olaraq orada qiymətləri tənizmlənməsinə və maya dəyəri ilə uzlaşmayan süni qiymətlərə qarşı mübarizə aparmaqla dənizkənarı bulvardakı xidmətlərin vətəndaşlar üçün əl çatan hala gətirilməsinə ehtiyac var.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1562