Muəllif:

“Sərhədsiz reportyorlar” Rauf Mirqədirova qarşı ittihamları absurd adlandırdı

“Sərhədsiz reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatı bəyanatla çıxış edərək Ermənistanın xeyrinə casusluqda ittiham olunan tanınmış jurnalist və siyasi icmalçı Rauf Mirqədirovun həbsini pisləyib.

“Rauf Mirqədirovu ölkədən qanunsuz çıxarmaqla Türkiyə hakimiyyəti bu jurnalistin Azərbaycanda təqib olunmasna bağlı olduğunu göstərdi”, — təşkilatın MDB və Şərqi Avropa şöbəsinin rəhbəri Yohan Bir bildirib.

“Rauf Mirqədirova qarşı ağır ittihamlar tamamilə absurddur. Jurnalist əldə edilməsi mümkün olmayan sənədləri necə ötürə bilərdi?”, — Y.Bir vurğulayıb.

Türkiyə hakimiyyəti də kobud və qanunsuz hərəkət edib. Öncə bildirilib ki, R.Mirqədirov akkreditədən məhrum edilib (9 aprel), sonra jurnalist ölkədən çıxarkən gözlənilmədən həbs olunub. Ona vəkil verilməyib və ailəsi ilə danışmaq imkanı yaradılmayıb.

Sonra Ankara-Bakl təyyarəsi ilə deportasiya edilib. Təyyarədən endikdən dərhal sonra həbs olunub, aprelin 21-də isə CM-in 274-cü maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs olunub.

Jurnalistin vəkili onunla görüşdən sonra bildirib ki, Rauf Mirqədirov bütün ittihamları rədd edir və ifadə verməkdən imtina edir.

“Sərhədsiz reportyorlar” Rauf Mirəqdirovun xidmətlərini, onun jurnalistikada keçdiyi yolu, “Fəxri jurnalist” adına layiq görüldüyünü, Gerd Buserius Fondunun beynəlxalq mükafatının sahibi olduğunu qeyd edir.

Jurnalistin Qarabağ münaqişəsinin işıqlandırılmasına dair layihələrdə iştirakına gəlincə, bu, bir məqsədə yönəlib: dinc nizamlanma üçün tərəflərin dialoquna yardım etmək.

Ermənistandan olan Laura Bağdasaryanın R.Mirqədirovla Ermənistanın xüsusi xidmət orqanları arasında vasitəçi olması barədə ittihamlar artıq həbsdən ehtiyatlanan vətəndaş cəmiyyəti nümayəndələri arasında qorxu yaradır.

“Sərhədsiz reportyorlar” qeyd edir ki, R.Mirqədirov baş nazir Ərdoğan Bakıdan getdikdən 2-3 gün sonra həbs olunub.

Bəyanatın sonunda deyilir ki, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ildən- ilə pisləşir. Tanınmış jurnalistlərin və blogerlərin bir çoxu həbsdədir və hakimiyyət tərəfindən təqib olunur. Müstəqil KİV isə yaşamaq uğrunda mübarizə aparır (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 67