Muəllif:

Ruslan erməni Qriqor Qriqoryanı 12:2 hesabı ilə yenərək Avropanın ən güclüsü oldu

Azərbaycanlı güləşçi Avropanı heyran qoydu. Finlandiyanın Vantaa şəhərində davam edən sərbəst güləş üzrə Avropa çempionatında  70 kq-da yarışan Azərbaycan təmsilçisi Ruslan Dibirhacıyev 1/8 finalda belaruslu Anton Afanasyevi, 1/4 finalda  macarıstanlı İstvan Qulyası, yarımfinalda Türkiyə güləşçisi Yakup Görəni üstələyərək finala vəsiqə qazanıb.

Həlledici görüşdə Ruslan erməni güləşçi Qriqor Qriqoryanı 12:2 hesabı ilə məğlub edərək Avropanın ən güclüsü adını qazanıb.

Azərbaycan yığması Avropa birincilyində bundan əvvəl 5 medal əldə edib. Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medal qazanıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 192