Muəllif:

Rusiya Ukrayna sərhədlərinə “sülhməramlı qüvvələr” yeridir

“Bu gündən etibarən Ukrayna ilə sərhəd rayonlarda Cənubi və Qərbi hərbi dairələrin ümumqoşun birləşmələrinin taktiki batalyon qruplarının təlimləri başlayıb.

Qoşunlar təyinatı üzrə vəzitələrin yerinə yetirilməsi üçün yürüş  və düzülmə məsələlləri üzərində işləyirlər”, deyə Moskvada RF müdafiə naziri Şoyqu jurnalistlərə bildirib.

O, həmçinin bildirib ki, “aviasiya dövlət sərhədi yaxınlığında əməliyyatların işlənməsi üzrə uçuşlar həyata keçirəcək”.

Təlimlərin səbəbini izah edən Şoyqu deyib ki, “Ukraynanın cənub-şərqində özünümüdafiə dəstələrində 2 mindən çox insan, əsasən rayon milis və Təhlükəsizlik Xidməti şöbələrindən ələ keçirilmiş 100-ə yaxın avtomat silah, habelə onlarla yivsiz lüləli ov silahı var. Güclər açıq-aşkar qeyri-bərabərdir.

Ukrayna hakimiyyəti ölkənin şərqində “dinc sakinlərə qarşı” güc tətbiqinə icazə verib.

Bu gün bu hərbi maşın dayandırılmazsa, bu, həlak olanların və yaralıların sayının daha da çoxalmasına gətirib çıxaracaq”, deyə Şoyqu bildirib.

O, Ukraynanın cənub-şərqində xüsusi əməliyyatda 11 mindən çox insan, 160-a yaxın tank, 230-dan çox BMP və BTR, ən az 150 silah və minaatan iştirak etdiyini iddia edib.

Şahidlərin sözlərinə görə, RF-nin Rostov vilayətində Ukrayna sərhədinə doğru hərəkət edən zirehli texnika dəstələri görünüb. Tankların və BTR-in üzərində Sülhməramlı Qüvvələrin rəmzi əks olunub (Turan).

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 78