Muəllif:

Royalbank əmanətçiləri pullarını geri tələb edirlər

Royalbank keçmiş kommersiya bankının onlarca əmanətçisinin Mərkəzi Bank (AMB) qarşısında əmanətlərinin qaytarılması tələbi ilə keçirdiyi aksiya ondan xəbər verir ki,  bank sektorunda işlər qəliz olaraq qalır.  Royalbank iki il olar AMB tərəfindən ləğv edilib. Həmin vaxt Əmanətlərin Sığortası Fondunun zəmanəti altna düşən əmanətlər qaytarılıb. Digər əmanətlərin qaytarılması AMB-nin xüsusi olaraq yaradılmış ləğv komissiyasına — Azerbaijan International Consulting Company-yə tapşırılıb. Lakin əmanətçilərin sözlərinə görə, bu komissiya əmanətlərin qaytarılmasını gecikdirərək, vətəndaşlara ildə ümumi məbləğin 2-5%-ni ödəyir. Buna xalq arasında «çöplə çəyirdək vermək» deyilir. Görünür Şeyx Nəsrullahın nəvə-nəticələri fırıldaqların başqa formalarını da pis mənimsəməyiblər.

Əmanətçilər ləğv qurumunun işindən narazıdırlar və hesab edirlər ki, Royalbank lisenziyası ləğv edilənə qədər kifayət qədər uğurlu idi və onun aktivləri bütün əmanətləri tamamilə qaytarmağa imkan verir.

“Qoy Mərkəzi Bank bankı bağladığı kimi bizim pullarımızı da qaytarsın”, deyə bank əmanətçilərindən biri,  ünlü sənətçi, Güney Azərbaycan əsilli Yaqub Zurufçu bildirib. Əmanətləri qaytarılmayanların sayı 471 nəfər, onlara ödəniləcək məbləğ isə 40 mln. manata bərabərdir.

Əmanətçilər arasında onkoloji xəstələr var, onlar əmlaklarını sataraq, faizlə kimya terapiyası xərclərini ödəmək üçün pulu banka qoyublar.

Əmanətçilər hesab edirlər ki, vicdansız məmurların maxinasiyalarının qurbanı olublar.

Aksiya iştirakçıları AMB rəhbəri Elman Rüstəmovla görüş tələb ediblər. Lakin onların qarşısına çıxan AMB nümayəndəsi bildirib ki, Rüstəmov səfərdədir və yalnız cümə günü onları qəbul edə bilər.

Bu, məhkəmə qərarları olmasına baxmayaraq, iki ildən çoxdur pullarını ala bilməyən etirazçıların narazılığına səbəb olub.

İnsanlar dağılmaqdan imtina ediblər. AMB qarşısına polis dəstəsi gəlib, lakin müdaxilə etməyib.

Sonradan AMB-dən aksiya iştirakçılarına zəng edərək, Rüstəmovun cümə axşamı onların nümayəndələrini qəbul edəcəyini söyləyiblər.

Bununla belə, 23 aprel saat 11.00-da etirazçılar Prezident Administrasiyasına gedib şikayət etmək niyyətindədirlər.

*Royalbank 1993-cü ildən bank bazarında fəaliyyət göstərirdi. Əsas səhmdarı (kapitalda 44,5% iştirak) İran əsilli ABŞ vətəndaşı Əli Cam idi. 2012-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı Royalbank-ın “ümumi kapitalın minimum səviyyəsi və adekvatlığı ilə bağlı tələblərə riayət etməməsi, kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməməsi”, habelə Mərkəzi Bankın yazılı göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar onun lisenziyasını ləğv edib. Royalbank-ın lisenziyası ləğv edilməzdən əvvəl bir sıra qalmaqallar baş verib. Xüsusən, Wikileaks şəbəkə layihəsinin ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersin ifşa etdiyi məxfi yazışmalarında səfir bəzi Azərbaycan banklarının, o cümlədən Royalbank-n İrandan gələn çirkli pulların yuyulmasında iştirakı ilə bağlı şübhələrini paylaşmışdı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162