Muəllif:

Oğurluğa qurşanmış narkomanlar yaxalandı

Bakıda silsilə oğurluq hadisələri törədən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakinləri Qurban Quliyevdən 1,220, İlkin Cahangirovdan isə 1,176 qram tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı onların bir neçə oğurluq hadisəsi törətdikləri məlum olub. Belə ki, onlar ötən il sentyabrın 28-də Rəcəbova məxsus ”Chevrolet” markalı avtomaşından, içərisində 430 manat, qızıl-zinət əşyaları, şəxsiyyət vəsiqəsi və kosmetik əşya olan əl çantasını oğurlayıblar.

Bundan başqa bu il yanvarın 16-da Fətəli Xan Xoyski prospektində Hikmət Abbasova məxsus ”Mercedes”, yanvarın 28-də Əhməd bəy Ağaoğlu küçəsində Abbas Əhmədova məxsus ”VAZ-2107”, fevralın 11-də Heydər Əliyev küçəsində Kəmalə Qurbanovaya məxsus “Nissan”, fevralın 21-nə keçən gecə Azadlıq prospektində Heydər Cəfərova məxsus “Lexus”, martın 1-də Əhməd bəy Ağaoğlu küçəsində Nərgiz Əliyevaya, martın 9-da Təbriz küçəsində Ellana Cəfərovaya məxsus ”Hyundai” markalı avtomobillərdən pul, sənədlər və digər əşyalar qarət ediblər.

Yaxalanan şəxslərin aprel ayında da analoji cinayət hadisələri törətdikləri məlum olub. Onlar aprelin 8-də Aşıq Molla Cümə küçəsindən Züleyxa Babayevaya məxsus “Toyota“, bir gün sonra Dəmirçizadə küçəsində Arzu Ağayevaya məxsus “Toyota-Corolla”, aprelin 13-nə keçən gecə Əhməd bəy Ağaoğlu küçəsində Rövşən Həmidova  məxsus «Land-Cruiser», İntiqam Muradova məxsus “Mercedes”, aprelin 15-də Təbriz küçəsində Göyərçin Hüseynovaya məxsus “Kia” və aprelin 19-da Xətai prospektində Elşad Qasımova məxsus “Mercedes” avtomobillərdən də oğurluq ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 308