Muəllif:

Niderlandın iş dünyası Azərbaycana maraq göstərir

Niderlandın iş dünyasını təmsil edən böyük bir heyət Bakıya gəlib. Onlar Azərbaycanla yeni iqtisadi əlaqələr qurmaq və mövcud əlaqələri gücləndirmək istəyirlər. Dünyaya getdikcə daha unamla açılan Azərbaycan biznesi də bunda maraqlıdır. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən Azərbaycan–Niderland biznes forumu bu ruhda idi.

Niderland Krallığı Senatının üzvü Rene van der Lindenin rəhbərlik etdiyi iş adamlarından ibarət heyətin ölkəmizə səfəri çərçivəsində təşkil olunan bu forumda hər iki ölkənin biznes qurumları arasında cari situasiya dəyərləndirilib. Gələcək əməkdaşlıq imkanları və yeni layihələr barəsində fikir mübadiləsi aparılıb.

ASK prezidenti Məmməd Musayev hər iki ölkənin iş adamlarının iştirak etdiyi görüşün faydalı olacağına ümid edir və məmnunluqla qeyd edir ki, ölkələr arasında mövcud iqtisadi əlaqələr uğurla inkişaf edir.  Musayevin açıqladığı rəqəmə görə, ölkəmizdə iqtisadiyyatın fərqli sektorlarında 100-dən artıq holland şirkəti, iş adamları fəaliyyəti göstərir. Musayev tərəfdaşları əmin edir  ki, ölkəmizdə əlverişli biznes və investisiya mühiti hökm sürür və iki ölkə iş adamlarının qarşılıqlı əməkdaşlığı üçün ASK gərəkən dəstəyi verəcək. ASK prezidenti biznes forum zamanı Niderland iş adamları fəal əməkdaşlığa dəvət edib.

Öz növbəsində Rene van der Linden ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə söz verib. Forumda rəsmi şəxslərlə yanaşı, nəqliyyat, dəniz nəqliyyatı, sənaye, təhsil, səhiyyə, konsaltinq və digər sahələri təmsil edən Niderland şirkətləri, habelə 50-dən çox yerli iş adamları da iştirak edib. Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 376